Gundemxeber.az » GündəmXəbər » Azərbaycanlı tədqiqatçı Portoda Dünya Bioetika Konqresində çıxış edib - TƏFƏRRÜAT
Bakı Dövlət Universitetinin doktorantı, hüquqşünas Sevda Kərimova və Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasovanın birgə hazırladıqları elmi tədqiqat Portuqaliyanın Porto şəhərində keçirilən 18-ci Dünya Bioetika, Tibb Etikası və Tibb Hüququ Konqresində təqdim olunub.
Beynəlxalq Bioetika Kafedrasının təşkilatçılığı və Dünya Tibb Assosiasiyasının dəstəyi ilə sentyabrın 28–30-da baş tutan sammitdə “Azərbaycan cinayət qanunvericiliyində orqan transplantasiyası: Bioetik problemlər və hüquqi islahat perspektivləri” mövzusunda çıxış edilib.
Məruzədə Azərbaycanda orqan donorluğu və transplantasiyasının hüquqi tənzimlənməsi, cinayət hüququ və bioetika kontekstində təhlil edilib. Təqdimatda xüsusilə aşağıdakı əsas məqamlar vurğulanıb:
İnstitusional inkişaf: Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin fəaliyyətə başlaması və milli transplantasiya sisteminin təkmilləşdirilməsi.
Tarixi nəticələr: 2025-ci ildə Azərbaycanda ilk dəfə meyit donordan orqan transplantasiyasının, o cümlədən Qafqaz regionunda ilk dəfə meyit donorun ürək transplantasiyasının həyata keçirilməsi.
Beynəlxalq konvensiya: Azərbaycanın İnsan orqanlarının qanunsuz dövriyyəsinə qarşı Avropa Şurası Konvensiyasını 26 may 2026-cı ildə ratifikasiya etməsi və sənədin 1 sentyabr 2026-cı ildən qüvvəyə minməsi.
S.Kərimova təqdimatında insan ləyaqətinin, donor və resipiyentin hüquqlarının qorunması, məlumatlandırılmış razılıq, şəffaflığın təmin edilməsi və beynəlxalq standartların milli hüquq sisteminə inteqrasiyası ilə bağlı bir sıra hüquqi və institusional təkliflər irəli sürüb. Ölkəmizin təcrübəsinin qlobal platformada təqdim olunması beynəlxalq elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Gundemxebertv.com
11-07-2013, 17:00
11-07-2017, 17:51
6-08-2013, 18:27
1-06-2021, 14:27
6-08-2026, 19:23
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?