Gundemxeber.az » Ölkə » Məhsul şəhadətnaməsi üzrə bu öhdəliklər nəzərdə tutulub
Maliyyə məhsul şəhadətnaməsi üzrə öhdəlik məhsul şəhadətnaməsi ilə müəyyən edilmiş pul məbləğinin məhsul şəhadətnaməsinin mülkiyyətçisinə ödənilməsi ilə icra ediləcək.
Gundemxeber.org xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanan “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, əgər borclu və məhsul şəhadətnaməsinin mülkiyyətçisi arasında başqa qayda müəyyən edilməmişdirsə, əmtəə məhsul şəhadətnaməsi üzrə öhdəlik məhsulunun məhsul şəhadətnaməsi ilə müəyyən edilmiş qaydada məhsul şəhadətnaməsinin mülkiyyətçisinə təhvil-təslim aktı əsasında verilməsi və ya çatdırılması ilə icra edilir.
Borclu məhsul şəhadətnaməsinin mülkiyyətçisinə məhsulu təqdim edərkən həmin məhsullara dair “Qida təhlükəsizliyi haqqında”, “Baytarlıq haqqında” və “Fitosanitar nəzarəti haqqında” qanunlara uyğun olaraq “Lisenziyalar və icazələr haqqında” qanunda nəzərdə tutulmuş icazə sənədlərini təqdim etməlidir. Əgər borclu və əmtəə məhsul şəhadətnaməsinin mülkiyyətçisi arasında ayrı qayda müəyyən edilməmişdirsə, əmtəə məhsul şəhadətnaməsində göstərildiyindən fərqli növ və keyfiyyətdə məhsulun təhvil-təslim aktı əsasında verilməsi və ya çatdırılması öhdəliyin icrası hesab olunmur.
Belə ki, borclu və məhsul şəhadətnaməsinin mülkiyyətçisi aşağıdakılar barədə razılığa gələ bilərlər:
öhdəliyin əmtəə məhsul şəhadətnaməsində göstəriləndən fərqli növ və keyfiyyətdə məhsulun təhvil-təslim aktı əsasında verilməsi və ya çatdırılması və ya pul məbləğinin məhsul şəhadətnaməsinin mülkiyyətçisinin bank hesabına köçürülməsi ilə icra olunması barədə;
- məhsul şəhadətnaməsi üzrə öhdəliyin borclu tərəfindən vaxtından əvvəl icra olunması barədə.
Əgər məhsul şəhadətnaməsində öhdəliyin hissə-hissə icra olunması nəzərdə tutulursa, əmtəə məhsul şəhadətnaməsində hər hissə üçün ödəniş tarixləri və məhsulun minimal miqdarı, maliyyə məhsul şəhadətnaməsində isə hər hissə üçün ödəniş tarixləri və minimal pul məbləği müəyyən edilir.
Məhsul şəhadətnaməsi üzrə öhdəlik tam və ya hissə-hissə icra olunduqda, məhsul şəhadətnaməsinin mülkiyyətçisi bu barədə məlumatı 3 (üç) iş günü müddətində informasiya sisteminə daxil edir.
İstehsal və ya emal edilmiş məhsul əmtəə məhsul şəhadətnaməsi üzrə öhdəliyin icrası üçün kifayət etməzsə, öhdəliyin qalan hissəsi əmtəə məhsul şəhadətnaməsinin mülkiyyətçisinin seçimi üzrə aşağıdakı üsullardan biri ilə icra edilir:
- əmtəə məhsul şəhadətnaməsində göstərilən məhsulla eyni növdə, miqdarda və keyfiyyətdə başqa məhsulun, yaxud tərəflərin razılığı ilə ekvivalent dəyərə malik digər məhsulun təhvil-təslim aktı əsasında verilməsi və ya çatdırılması ilə;
-məhsulun orta bazar qiyməti üzrə hesablanan dəyəri məbləğində kompensasiyanın ödənilməsi ilə.
Qeyd edək ki, bu qanun dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minəcək.
18-09-2026, 11:24
18-09-2026, 15:51
24-11-2016, 22:28
25-01-2014, 01:29
18-09-2026, 15:50
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?