Gundemxeber.az » Ölkə » İlk sərhədçi komandan vəfat etdi
Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib.
Gundemxeber.org Baku.ws-ə istinadən xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub.
79 yaşlı general Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasında xüsusi xidmətləri olan hərbçilərdən biri kimi tanınırdı.
İ.Allahverdiyev 1991-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
Həmin ildən Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini və Azərbaycan Sərhəd Qoşunlarının ilk komandanı kimi fəaliyyət göstərib. 1992-1994-cü illərdə bu vəzifədə olarkən Azərbaycan sərhəd xidmətinin təşəkkülü prosesində iştirak edib.
16-08-2026, 23:19
18-11-2013, 18:37
22-11-2013, 12:44
13-07-2017, 11:50
10-08-2020, 13:15
Sorğu
Yeni dizaynımız necədir?