Gundemxeber.az » Ölkə » Daha bir yolda təmir işlərinə başlanılır
Sentyabrın 21-də, saat 09:00-dan etibarən paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində, Baloğlan Bağırov küçəsinin Məhəmmədəli Şəfai küçəsi ilə kəsişməsindən Səyyarə Zeynalova küçəsinə qədər olan hissəsində təmir işlərinə başlanılacaq.
Gundemxeber.org xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Təmir işlərinin gedişindən asılı olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, ərazidə mümkün sıxlığın qarşısının alınması məqsədilə əvvəlcədən alternativ yollardan istifadə etmələri xahiş olunur.
2-09-2026, 21:37
10-08-2026, 22:27
11-09-2026, 22:26
4-06-2017, 13:17
6-08-2026, 22:16
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?