GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Prezidentin bu ölkəyə səfərləri dostluq və qardaşlığımızın tərənnümüdür" - Deputat

"Prezidentin bu ölkəyə səfərləri dostluq və qardaşlığımızın tərənnümüdür" - Deputat

Tarix: Bu gün, 12:05 Bölmə :Ölkə Baxış: 0


“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yeni səhifə açılıb. Ölkəmiz regionun türkdilli dövlətləri ilə də əlaqələrini davamlı olaraq inkişaf etdirir və əməkdaşlığını yeni məzmunla zənginləşdirir. Azərbaycanın son illər əlaqələrinin sürətlə inkişaf etdiyi ölkələrdən biri də Türkmənistandır”.

Gundemxebertv.com xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin qədim tarixi var. Azərbaycanlıları və türkmənləri eyni kök, mədəniyyət, qədim tarixi ənənələr, eyni zamanda, dil və din eyniliyi birləşdirir. Ölkələrimizin diplomatik münasibətlərinin əsası 1992-ci il iyunun 9-da yaradılıb. O vaxtdan indiyədək dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib və müxtəlif sahələr üzrə əməkdaşlıq müqavilələri imzalanıb. “Azərbaycan ilə Türkmənistan arasında yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir. Ölkə rəhbərlərinin bir-birinə qarşılıqlı hörməti, aktual siyasi məsələlərə koordinasiyalı yanaşma münasibətlərimizin təməlini təşkil edir” – deyən deputat əlavə edib ki,  Xəzər dənizi  regionunda yerləşən Türkmənistan və Azərbaycan enerji resursları baxımından zəngin ölkələrdir. Xüsusilə qaz ixracı sahəsində əməkdaşlıq ölkələrimizi birləşdirən əsas sahələrdən biridir. 2021-ci ildə Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki “Dostluq” neft yatağının birgə işlənilməsinə dair razılıq əldə olunub. Bu razılaşma Xəzərin hüquqi statusu məsələlərinin həllindən sonra energetika sahəsində yeni imkanların açılmasına təkan verib. Məhz həmin sənəd yalnız iqtisadi deyil, həm də siyasi inamın rəmzidir. 

Millət vəkilinin fikrincə, Azərbaycan-Türkmənistan münasibətlərində son illərdə müşahidə olunan dinamika qarşılıqlı səfərlərin məntiqi nəticəsidir. Səfərlər zamanı keçirilən görüşlərdə səsləndirilən fikirlər, imzalanan sənədlər iki ölkə arasında əlaqələrin zəngin perspektivlərə malik olduğunu göstərir. Bu baxımdan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri böyük əhəmiyyət kəsb edir. Eyni zamanda,  Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərləri dostluq və qardaşlığımızın tərənnümüdür. Dövlətimizin başçısının oktyabrın 8-də Türkmənbaşı şəhərinə səfəri də bu kontekstdə yüksək dəyərləndirilməlidir. Səfər zamanı Prezident İlham Əliyev Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirak edib. 

Samir Vəliyev qeyd edib ki, ölkəmiz bu platformaya ötən ilin noyabrında tamhüquqlu üzv qəbul olunub və təqdirəlayiq haldır ki, bu təşəbbüslə məhz Türkmənistan tərəfi çıxış edib. 8-ci Məşvərət Görüşündə çıxış edən Prezident İlham Əliyev son illərdə Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini söyləyib. Ötən ildən başlayaraq ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi də bunun göstəricisidir. Təbii ki, bütün bunlar iki ölkə arasında siyasi dialoqun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün xoş niyyətin ifadəsidir. Digər tərəfdən, ötən il Türkmənistanın işğaldan azad olunmuş Füzuli şəhərində məscid tikintisini həyata keçirməsi də xalqımız tərəfindən yüksək dəyərləndirilir. 

Deputatın fikrincə, region ölkələrinin liderlərini bir araya gətirən 8-ci Məşvərət Görüşü Mərkəzi Asiyada və onunla əlaqəli coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır: “Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirak xüsusi əhəmiyyət daşıyır. Türkmənistanla münasibətlərin inkişafı da bu kontekstdə mühüm yer tutur. Xəzər dənizinin iki sahilində yerləşən Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi regional əlaqələrin inkişafına əlavə imkanlar yaradır”.

“Məşvərət Görüşləri çərçivəsində siyasi məsələlərlə yanaşı, konkret iqtisadi və infrastruktur layihələrinin, enerji təşəbbüslərinin, nəqliyyat bağlantılarının və humanitar əməkdaşlıq imkanlarının müzakirə edilməsi formatın praktiki əhəmiyyətini də artırır. Türkmənistanda keçirilən 8-ci Məşvərət Görüşündə Azərbaycanın bu platformaya sədr seçilməsi isə onun işini daha da gücləndirəcək.  Dövlət başçıları arasında ikitərəfli təmasların bu prosesə əlavə dinamika verməsi də çoxtərəfli platformada əldə olunan razılaşmaların ikitərəfli münasibətlər səviyyəsində də davam etdirilməsinə imkan yaradır” – deyə, Samir Vəliyev vurğulayıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Strateji tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu göstərən səfər

    Strateji tərəfdaşlığın yeni mərhələyə daxil ...

    22-06-2026, 22:42

  • 
  • Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşü başlayıb

    Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN ...

    19-07-2017, 10:37

  • 
  • Prezident İlham Əliyev Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul edib - YENİLƏNİB

    Prezident İlham Əliyev Türkmənistan Nazirlər ...

    18-07-2017, 16:44

  • 
  • Ruhani və Sarkisyan İran-Ermənistan iqtisadi əlaqələrini inkişaf etdirmək niyyətindədir

    Ruhani və Sarkisyan İran-Ermənistan iqtisadi ...

    6-08-2017, 15:36

  • 
  • KİV: Türkmənistan İlham Əliyevin səfərinə hazırlaşır

    KİV: Türkmənistan İlham Əliyevin səfərinə ...

    17-11-2018, 12:12


Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

Oktyabr 2026 (269)
Sentyabr 2026 (1101)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu