GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala AMEA-dan cavab

Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala AMEA-dan cavab

Tarix: 18-09-2026, 20:41 Bölmə :Cəmiyyət Baxış: 18


Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar.

Gundemxeber.org bəyanatı təqdim edir:

“Son günlərdə Ermənistanda Azərbaycanın Qarabağ ərazisində olan Qafqaz Albaniyası abidələri, xüsusilə də Gəncəsər monastırı ətrafında süni şəkildə yaradılan məqsədyönlü hay-küy tarixi elmi reallıqlarla heç bir əlaqəsi olmayan ucuz və mənasız sensasiya yaratmaq cəhdindən ibarətdir. Əslində isə Gəncəsər monastır kompleksi və onun mühüm tərkib hissəsi olan Gəncəsər monastırı erməni tarixi ilə heç bir əlaqəsi olmayan, Qafqaz Albaniyasına məxsus tarixi abidədir. Bu abidənin Albaniyaya və onun yerli əhalisinə - albanlara məxsus olması təkzibedilməz tarixi-arxeoloji faktlar ilə çoxdan sübuta yetirilib. Bunu təsdiqləyən ən önəmli faktlardan biri Gəncəsər monastırının ermənilərə heç bir aidiyyəti olmayan Qafqaz Albaniyasının tarixi coğrafi ərazisində inşa edilməsidir. Həmin ərazi Qafqaz Albaniyası dövlətinin əsas vilayətlərindən biri olub, onun tərkibində tarixi inkişaf yolu keçmişdir. Ərəb xilafəti süquta uğradıqdan sonra burada Alban çarlığının hakimiyyəti qismən bərpa olunmuşdur. XII-XIII əsrlərdə bu ərazidə Alban-Xaçın knyazlığı yüksəlmişdir. Bu knyazlığın hökmdarı Azərbaycanın görkəmli dövlət xadimlərindən olan Həsən Cəlal (1215-1261) olmuşdur. Həsən Cəlal və onun həyat yoldaşı əsli etibarilə məşhur Alban sülaləsi Mehranilər şəcərəsinə mənsubdur. Çar, yaxud mütləq hakim titulu daşıyan Həsən Cəlal dövrün mənbələrində “knyazlar knyazı”, “Xaçın ölkəsinin knyazı”, ”Albaniyanın çarı” və s. kimi titullar ilə adlandırılırdı.

Həsən Cəlalın dövründə Azərbaycanın bu tarixi torpaqlarında iqtisadi, siyasi və mədəni tərəqqi baş vermiş, onun dövrü Alban renessansı kimi xarakterizə olunmuşdur. Gəncəsər monastırı da bu renessansın möhtəşəm nümunəsi kimi inşa edilmişdir.

Gəncəsər monastırında albanlara məxsus bərabərtərəfli xaç işarəsindən istifadə olunmuşdur. Bərabərtərəfli xaç işarəsi albanların möhürü funksiyasını yerinə yetirmişdir. Monastır regionun yerli inşaat materialları ilə tikilmişdir.

Bundan başqa, Qarabağ ərazisindəki əksər abidələrdəki və Gəncəsər monastırındakı epiqrafik yazılar albanlara məxsus olan mətnlərdən ibarətdir. Bu epiqrafik yazılar Gəncəsər monastırının daş kitabəsidir. 1919-cu ildə Petroqradda Gəncəsər monastırının epiqrafik mətnləri haqqında nəşr olunan və elə həmin dövrdə ermənilər tərəfindən məqsədyönlü şəkildə məhv edilən Gəncəsər yazılarına dair kitabda da bu abidələrin albanlara məxsus olduğu təsdiqini tapmışdır. Monastırın üzərindəki freskalar (divar rəsmləri) da bu abidənin alban irsinə aid olduğunu bir daha əyani şəkildə sübut edir.

Ermənilər hələ sovet hökuməti dövründə, sonra isə işğal prosesi zamanında Gəncəsər monastırının erməniləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişlər. Belə ki, monastırın alban epiqrafik abidələri məhv edilmiş, yaxud sökülərək Ermənistana aparılmış və təhrif edilmiş erməni mətnləri ilə əvəzlənmişdir. Eyni zamanda, Gəncəsər monastırı üzərində olan bərabərtərəfli alban xaçı fərqli formaya malik olan qriqorian xaç işarəsi şəklinə salınmışdır. Monastırın içərisindəki alban katolikoslarına məxsus məzarlara da müdaxilə edilmiş, qəbirlərin ilkin quruluşu dəyişdirilmişdir. Həmçinin işğal dövründə ermənilər bərpa adı ilə Gəncəsər monastırında Ermənistandan gətirilmiş inşaat materiallarından istifadə etməklə abidənin orijinal görkəminə xələl gətirmişlər.

Qafqaz Albaniyası abidələri, o cümlədən Gəncəsər monastırı ilə bağlı elmi və tarixi reallıqlar bunlardan ibarət olduğu halda, Azərbaycanda fəaliyyət göstərən diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri zamanı ermənilər tərəfindən edilmiş təhriflərin müşahidə olunmasının Ermənistanda narazılıqlar yaratması əsl həqiqətin ört-basdır edilməsindən başqa bir şey deyildir.

Hesab edirik ki, Gəncəsər monastırı ətrafında Ermənistan tərəfindən qaldırılan qalmaqalın heç bir elmi-tarixi əsası yoxdur və hazırda Azərbaycan dövlətinin meydana qoyduğu sülh gündəliyinə zərbə vurmaq məqsədi daşıyır. Bu təxribat faktı Ermənistanda uzun illərdən bəri Azərbaycanın milli-mənəvi dəyərlərinə, mətbəx nümunələrinə sahib çıxmaq, abidələrimizi süni şəkildə özününküləşdirmək siyasətinin davamından ibarətdir. Bu onu göstərir ki, Ermənistanda uydurma “böyük Ermənistan” xülyasından əl çəkməyən qüvvələr hazırda öz ölkələrində reallıqlara doğru atılmaqda olan addımları da pozmaq niyyətlərini həyata keçirirlər.

Azərbaycan alimləri Gəncəsər monastırı ətrafında Ermənistanda məqsədyönlü olaraq qızışdırılan kampaniyanı qətiyyətlə pisləyir və erməni tərəfini süni və yalan təbliğata deyil, elmi həqiqətlərə obyektiv yanaşmağa çağırır.

İsa Həbibbəyli, AMEA -nın prezidenti, akademik

Gövhər Baxşəliyeva, AMEA-nın vitse-prezidenti, akademik

İsmayıl Hacıyev, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik

Teymur Kərimli, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik

Nərgiz Axundova, akademik

Ərtegin Salamzadə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

Hacıfəxrəddin Səfərli, AMEA-nın müxbir üzvü

Könül Bünyadzadə, AMEA-nın müxbir üzvü

Vəli Baxşəliyev, AMEA-nın müxbir üzvü

Cəfər Qiyasi, AMEA-nın müxbir üzvü

Kərim Şükürov, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor

İlham Məmmədzadə, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor

Fərhad Quliyev, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent

Kübra Əliyeva, sənətşünaslıq doktoru, professor

Qafar Cəbiyev, tarix elmləri doktoru, professor

Əliağa Məmmədli, antropologiya elmləri doktoru, professor

Allahverdi Əlimirzəyev, tarix elmləri doktoru, dosent

Ramil Ağayev, tarix elmləri doktoru, dosent

Rahibə Əliyeva, memarlıq doktoru

Natiq Alışov, tarix üzrə fəlsəfə doktoru, dosent

Təvəkkül Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosent

Taleh Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosent

Telman İbrahimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Ellada Bəkirova, tarix üzrə fəlsəfə doktoru, dosent

Vaqif Əsədov, tarix üzrə fəlsəfə doktoru, dosent

Ülviyyə Hacıyeva, tarix üzrə fəlsəfə doktoru

Gülanə Əliyeva, tarix üzrə fəlsəfə doktoru”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Azərbaycan tarixi abidələrin mühafizəsi və bərpasına sadiqdir" - Hikmət Hacıyev

    "Azərbaycan tarixi abidələrin mühafizəsi və ...

    12-09-2026, 14:38

  • 
  • Hikmət Hacıyev erməni saxtakarlığını belə ifşa etdi

    Hikmət Hacıyev erməni saxtakarlığını belə ifşa ...

    12-09-2026, 16:05

  • 
  • "26 Bakı komissarı"nın əsl tarixi araşdırıldı

    "26 Bakı komissarı"nın əsl tarixi ...

    26-05-2013, 17:50

  • 
  • Tomas De Vallın “Qafqaz” əsərində Cənubi Azərbaycanla bağlı əsassız tarixi fikirlər ortalığa qoyub - Nərgiz Məmmədova

    Tomas De Vallın “Qafqaz” əsərində Cənubi ...

    25-02-2019, 21:00

  • 
  • Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında elmi əməkdaşlığın perspektivləri müəyyənləşdirilib

    Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında ...

    17-08-2026, 10:50


Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arxiv xəbərlər

Sentyabr 2026 (1004)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu