Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Cinayətkarlar süni intellektin imkanlarından istifadə edirlər" - Kamran Əliyev
Kibercinayətlərin sayı, təəssüf ki, gündən-günə artır.
Gundemxebertv.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev "Trend"ə və REAL televiziyasına birgə müsahibəsində deyib.
Baş prokuror yeni növ cinayətlərdən də danışıb:
“Yeni növ cinayətlər dedikdə xüsusilə narkotiklərin internet üzərindən qanunsuz satışı, kibercinayətkarlıq və yeni informasiya texnologiyalarından istifadə etməklə törədilən digər cinayətlər nəzərdə tutulur”, – Baş prokuror bildirib.
Kamran Əliyev qeyd edib ki, cinayətkarlar yeni informasiya texnologiyalarının, o cümlədən süni intellektin imkanlarından istifadə edirlər.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 30-cu fəsli kibercinayətlərə həsr olunub və bu fəsildə üç maddə yer alır. Həmin maddələr informasiya sistemlərinə qanunsuz daxilolma və müdaxilə kimi əməlləri əhatə edir”, – o deyib.
Baş prokurorun sözlərinə görə, hazırda törədilən bütün cinayətlərin təxminən 40–50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir. O, bunun prokurorluq və digər hüquq-mühafizə orqanları əməkdaşlarının həmin sahədə bilik və bacarıqlarını təkmilləşdirməsini zəruri etdiyini vurğulayıb.
29-04-2020, 20:49
1-10-2020, 20:45
17-02-2021, 22:37
1-05-2020, 12:11
30-01-2021, 11:56
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?