Gundemxeber.az » Ölkə » Cəmiyyət » Problemli kreditlərin həcmi artır - Səbəb nədir?
Azərbaycanda problemli kreditlərin məbləği 721,8 milyon manata çatıb.
Gundemxebertv.com Xəzər Tv-yə istinadən xəbər verir ki, ilin əvvəlindən vaxtı keçmiş kreditlərin həcmində əhəmiyyətli artım qeydə alınıb.
Mərkəzi Bankın açıqladığı məlumata görə, 2026-cı il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 721,8 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 37,6 faiz çoxdur.
Ekspert Xalid Kərimli bildirib ki, problemli kreditlərin sürətlə artması xüsusilə borclu vətəndaşlar üçün maliyyə çətinliklərini artıra bilər. Yəni, gecikmiş ödənişlər əlavə faiz və cərimələrin yaranmasına nəticədə borc yükünün artmasına səbəb olur.
"Ölkədə kreditlərin böyük hissəsi biznesə deyil, məhz istehlak məqsədlərinə verilir. Bu cür kreditlər gəlir gətirmədiyi üçün geri qaytarılması daha riskli olur",- deyə ekspert vurğulayıb.
9-09-2017, 09:30
4-11-2014, 12:15
19-01-2018, 07:18
28-08-2018, 13:10
31-10-2018, 14:03
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?