GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "VƏTƏN FƏDAİLƏRİ" LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU

"VƏTƏN FƏDAİLƏRİ" LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU

Tarix: Bu gün, 18:51 Bölmə :Cəmiyyət Baxış: 2


      Kitab silinməyən tarixdir. Bir xalqın dünənlərinin izi kitablarda yaşayır. Keçmişin bu günümüzə, bu günümüzün gələcəyimizə çatmasında kitabların böyük rolu var. Tarixə yazılan qəhrəmanlıqları biz kitablar vasitəsilə oxuyub öyrənmişik. Xalq olaraq illər boyu yaşadığımız soyqırımlar, faciələr tarixin hər səhifəsində yer alıb. Ancaq son illərdə Azərbaycanın tarixinə "Zəfər" kəlməsi Şəhidlərin qanı ilə böyük hərflərlə yazılıb. Həmin Zəfərin memarı olan Şəhidlərimizin adları, qəhrəmanlıqları kitabların ən önəmli mövzusuna çevrilib. Həmin kitablar sırasında "VƏTƏN FƏDAİLƏRİ" layihəsi çərçivəsində ərsəyə gələn çoxsaylı kitablar da yer almaqdadır.

      Xalqımız üçün böyük əhəmiyyət kəsb edən Vətən müharibəsinin 6-cı, Ermənistan–Azərbaycan sərhədində Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında baş vermiş silahlı toqquşmanın 4-cü, Antiterror əməliyyatının 3-cü ildönümü ərəfəsində Şəhidlərimizin adlarını əbədiləşdirmək üçün ərsəyə gələn "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin VI hissəsi "VƏTƏN FƏDAİLƏRİ:NAXÇIVAN ŞƏHİDLƏRİ" II hissənin təqdimat mərasimi keçirilib. Yazıçı-publisist, AYB və AJB-nin üzvü, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri Manya Səxavətqızının, Qazi oğlu, Şəhid qardaşı Şahin Məmmədovun və xeyriyyəçi iş adamı Bəhruz Məmmədovun birlikdə ərsəyə gətirdikləri "VƏTƏN FƏDAİLƏRİ: NAXÇIVAN ŞƏHİDLƏRİ" II hissə kitabının təqdimat mərasimi 30 sentyabr 2026-cı ildə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və Əlahiddə Ümumqoşun Ordunun dəstəyi ilə Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrında keçirilib. Dövlət rəsmilərinin, Şəhid ailələrinin, Qazilərin, təhsil və tibb işçilərinin iştirakı ilə keçirilən tədbir media nümayəndələri vasitəsilə ictimaiyyətə çatdırılıb.

      100 Şəhid həyatından ətraflı şəkildə yazılan kitabda 1988-ci ildən son Antiterror əməliyyatına qədər Şəhid olan qəhrəmanların bir çoxlarının qəhrəmanlıqlarından bəhs olunub. Tədbirdə çıxış edən qonaqlar bu kitabın (kitabların) vətənpərvərliyin təbliğatında olan rolundan danışıblar. Naxçıvan Qarnizonu Hərbi Orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himninin sədası ilə açıq elan olunan tədbirdə kitabın müəllifi Manya Səxavətqızı, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin dəstəkçisi Şahin Məmmədov, maliyyə dəstəkçisi Bəhruz Məmmədov, ƏÜO-nun mənsubu mayor Əsədzadə Binnət Yavər oğlu,  Şəhid ataları , Şəhid anaları və digər qonaqlar çıxış edərək öz dəyərli fikirlərini bölüşüblər.

     Tədbirin sonunda kitab bütün tədbir iştirakçılarına təmənnasız olaraq təqdim olunub və xatirə şəkli çəkilib.

     "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbər və dəstəkçiləri ilə Naxçıvan Muxtar Respublikasında yerləşən təhsil ocaqlarında da silsilə görüşlər keçirilərək tələbə, kursant və şagirdlərlə vətənpərvərlik mövzusunda söhbətlər aparılıb. Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində, Qəzənfər Əkbərov adına 1 nömrəli Cəhri qəsəbə tam orta məktəbində və Qoşqar Sadiqov adına 2 nömrəli Cəhri qəsəbə tam orta məktəbində keçirilən görüşlər "VƏTƏN FƏDAİLƏRİ" layihəsi çərçivəsində ərsəyə gələn kitablardan bəhs olunub və tədbirlərin sonunda müəllif Manya Səxavətqızı həmin təhsil ocaqlarının rəhbər və şagird heyətinə öz kitablarını bağışlayıb.

     Vətənə xidmət hər bir vətəndaşın mənəvi borcudur. "VƏTƏN FƏDAİLƏRİ" layihəsi çərçivəsində tarixə həkk olunan Şəhid adları gələcəyə əmanətdir.

 

AYB-nin və AJB-nin üzvü, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri 

Manya Səxavətqızı






  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Vətən Fədailəri :İmişli şəhidləri"

    "Vətən Fədailəri :İmişli şəhidləri" ...

    7-09-2022, 09:29

  • 
  • VƏTƏN FƏDAİLƏRİ - Zamanla Yarışan Tariximiz

    VƏTƏN FƏDAİLƏRİ - Zamanla Yarışan Tariximiz ...

    1-10-2025, 17:12

  • 
  • “VƏTƏN FƏDAİLƏRİ” LAYİHƏSİ XIZIDA TƏQDİM OLUNDU - FOTOLAR

    “VƏTƏN FƏDAİLƏRİ” LAYİHƏSİ XIZIDA TƏQDİM OLUNDU - ...

    16-11-2025, 11:47

  • 
  • "VƏTƏN FƏDAİLƏRİ " NAXÇIVAN ŞƏHİDLƏRİ KİTABININ TƏQDİMAT MƏRASİMİ (FOTOLAR)

    "VƏTƏN FƏDAİLƏRİ " NAXÇIVAN ŞƏHİDLƏRİ ...

    23-10-2021, 19:37

  • 
  • "Vətən Fədailəri" Naxçıvan şəhidləri

    "Vətən Fədailəri" Naxçıvan şəhidləri ...

    13-09-2021, 16:01


Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

Oktyabr 2026 (155)
Sentyabr 2026 (1101)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu