GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə

Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə

Tarix: Bu gün, 19:19 Bölmə :Cəmiyyət Baxış: 2


Uşaqların telefon, planşet və televizor qarşısında keçirdiyi vaxtın artması valideynləri ən çox narahat edən məsələlərdən biridir. Lakin mütəxəssislər problemin yalnız ekran qarşısında keçirilən vaxtın azaldılmasından ibarət olmadığını bildirirlər. Uşağın gün ərzində müxtəlif fəaliyyətlərə vaxt ayırması, açıq havada olması və gözlərini mütəmadi olaraq dincəltməsi də mühüm əhəmiyyət daşıyır.

Gundemxebertv.com xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında oftalmoloq Nigar İlyasova bildirib.

Onun sözlərinə görə, uşaqların göz sistemi hələ inkişaf mərhələsində olduğu üçün ekran istifadəsinə xüsusi diqqət yetirilməlidir. Burada əsas məqsəd telefonu tamamilə qadağan etmək deyil. Fiziki aktivlik, kitab oxuma, oyun, sosial fəaliyyət və xüsusilə açıq havada vaxt keçirmək uşağın gündəlik rejimində mühüm yer tutmalıdır.

Oftalmoloq qeyd edib ki, uzun müddət fasiləsiz şəkildə yaxın məsafədə fəaliyyət göstərmək əvəzinə məşğuliyyətlərin dəyişdirilməsi və müntəzəm fasilələrin verilməsi daha sağlam yanaşmadır.

“Valideynlər uşağın televizora və ya telefona çox yaxın məsafədən baxdığını, gözlərini qıyaraq baxdığını, tez-tez gözlərini ovuşdurduğunu, baş ağrısından və ya görmə bulanıqlığından şikayət etdiyini müşahidə edərlərsə, oftalmoloji müayinə gecikdirilməməlidir”, – deyə N.İlyasova vurğulayıb.

Ekran qarşısında eynəkdən istifadəyə gəldikdə isə mütəxəssis bunun hər kəs üçün eyni olmadığını bildirib. Onun sözlərinə görə, refraksiya qüsuru olan şəxslərdə düzgün seçilməmiş və ya istifadə olunmayan eynək uzun müddət ekran qarşısında işləyərkən göz yorğunluğunu artıra bilər. Bəzi insanlarda isə yaxın məsafədə fəaliyyət zamanı xüsusi optik korreksiyaya ehtiyac yarana bilər. Buna görə eynək seçimi fərdi oftalmoloji müayinənin nəticələrinə əsaslanmalıdır.

“Mavi işıqdan qoruyan eynək”lərin isə sağlam gözlər üçün universal zərurət olmadığını deyən N.İlyasova qeyd edib ki, ekran istifadəsindən sonra yaranan yüngül göz yorğunluğu, adətən, istirahət və düzgün ekran vərdişləri ilə azalır.

Lakin bulanıq görmə, görmə itiliyinin azalması, güclü və davamlı göz ağrısı, nəzərəçarpan göz qızartısı, işığa həssaslıq, təkrarlanan baş ağrıları və ikiqat görmə kimi əlamətlər müşahidə olunarsa, oftalmoloqa müraciət etmək vacibdir. Uşaqlarda gözlərin içəri və ya çölə qaçması, obyektlərə həddindən artıq yaxın məsafədən baxma da diqqətdən kənarda qalmamalıdır.

Oftalmoloqun sözlərinə görə, kompüter, telefon və planşetlər müasir həyatın ayrılmaz hissəsinə çevrilib və onları tamamilə həyatımızdan çıxarmaq real deyil. Əsas məsələ ekranlardan düzgün istifadə vərdişlərinin formalaşdırılmasıdır.

“Mütəmadi fasilələr, düzgün ekran məsafəsi, adekvat işıqlandırma, daha tez-tez göz qırpmaq və xüsusilə uşaqlarda açıq havada keçirilən vaxtın artırılması göz sağlamlığının qorunmasında mühüm rol oynayır.

Unutmayaq ki, ekran qarşısında yaranan hər göz narahatlığını yalnız “telefondandır” deyə qiymətləndirmək düzgün deyil. Davamlı şikayətlər zamanı refraksiya qüsurları, quru göz xəstəliyi, akkomodasiya problemləri və digər oftalmoloji səbəblər də nəzərə alınmalı və müvafiq müayinə aparılmalıdır.

Göz sağlamlığının qorunması ekranı tamamilə həyatımızdan çıxarmaqla deyil, ondan düzgün istifadə etməklə başlayır”, – deyə Nigar İlyasova vurğulayıb.

İtaliyalı alimlərin araşdırmalarına əsasən, uşaqlar və yeniyetmələr telefon və planşet kimi elektron cihazlardan geniş istifadə edir. Ekran qarşısında həddindən artıq vaxt keçirməyin fiziki aktivliyin və yuxunun keyfiyyətinin azalması ilə əlaqəli olduğu artıq hər kəsə məlumdur.

Uşaq oftalmoloqu və oftalmoonkoloq, “Children’s Wisconsin” klinikasının həkimi, tibb elmləri doktoru Aparna Ramasubramanian bildirir ki, uşaqların görmə sistemi xüsusilə həyatın ilk 10 ilində inkişaf etdiyi üçün elektron cihazlardan istifadəyə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, yeniyetmələr orta hesabla gündə altı saat elektron cihazlardan istifadə edir və ekranlarla təmas getdikcə daha erkən yaşlarda başlayır. Mütəxəssis İtaliyada 3-10 yaşlı uşaqlar arasında aparılan araşdırmaya istinad edərək qeyd edir ki, gündə 30 dəqiqədən çox videooyun oynayan uşaqların 85 faizində göz yorğunluğu, baş ağrısı, bulanıq və ya ikiqat görmə kimi əlamətlər müşahidə olunub. Tədqiqatçılar bu əlamətləri videooyunlarla əlaqəli potensial görmə sindromu ilə əlaqələndiriblər.

A.Ramasubramanian, həmçinin gündə altı saatdan çox elektron cihazlardan istifadə edən bəzi uşaqlarda çəpgözlük hallarının müşahidə edildiyini bildirir. Onun sözlərinə görə, bəzi hallarda smartfon istifadəsinin dayandırılmasından sonra vəziyyət yaxşılaşıb, lakin müəyyən uşaqlarda cərrahi müdaxiləyə ehtiyac yaranıb. Mütəxəssis görmə problemi olan uşaqlarda ekran qarşısında keçirilən vaxtın və videooyunlardan istifadənin nəzərə alınmasını vacib hesab edir və valideynlərin elektron cihazlardan həddindən artıq istifadənin mümkün təsirləri barədə məlumatlandırılmasının zəruriliyini vurğulayıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pediatrdan SOS: “Uşaqlarınızı çimərlikdə yandırmayın!”

    Pediatrdan SOS: “Uşaqlarınızı çimərlikdə ...

    21-07-2025, 18:38

  • 
  • İspaniyada 14 yaşınadək uşaqların küçəyə çıxmalarına icazə verilib

    İspaniyada 14 yaşınadək uşaqların küçəyə ...

    28-04-2020, 14:33

  • 
  • Pediatrdan uşaqları dənizə aparan valideynlərə xəbərdarlıq

    Pediatrdan uşaqları dənizə aparan valideynlərə ...

    18-08-2021, 09:21

  • 
  • İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar

    İsti vurması zamanı nə etməli? - Həyat qurtaran ...

    8-08-2026, 21:39

  • 
  • Uşaqlara hansı psixoloji narahatlıqlar daha çox əziyyət verir?

    Uşaqlara hansı psixoloji narahatlıqlar daha çox ...

    15-10-2015, 15:49


Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

Oktyabr 2026 (155)
Sentyabr 2026 (1101)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu