GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qazaxda ilk dəfə "Grace of Nature" adlı turnir keçirilir

Qazaxda ilk dəfə "Grace of Nature" adlı turnir keçirilir

Tarix: Bu gün, 19:13 Bölmə :Cəmiyyət Baxış: 0


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. Artıq ilin əvvəlindən başlayaraq “Qazax İdman paytaxtı – 2026” çərçivəsində silsilə tədbirlər təşkil olunur.

Gundemxebertv.com xəbər verir ki, bədii gimnastika üzrə “Grace of Nature” turnirində gimnastların budəfəki dayanacağı qədim tarixə və zəngin mədəniyyətə malik “İdman paytaxtı” Qazax şəhəridir. 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gimnastika Federasiyası, Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bədii gimnastika üzrə “Grace of Nature” adlı turnir keçirilir. 

10 və 11 oktyabr tarixlərində Qazax şəhəri ilk dəfə olaraq bədii gimnastika üzrə “Grace of Nature” turnirinə ev sahibliyi edir. Turnirdə paytaxt Bakı və regionları təmsil edən ümumilikdə 250-yə yaxın gimnast iştirak edir.

Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə paytaxt və bölgələri təmsil edən 20 klubdan balaca, yeniyetmə və gənc gimnastlar xalça üzərində məharətlərini nümayiş etdirəcəklər.

Yarışda paytaxt idmançılarına Abşeron, Sumqayıt, Ağdaş, Gəncə, Göyçay, İsmayıllı, Mingəçevir, Sabirabad, Şamaxı, Şəmkir, Şirvanı təmsil edən gimnaslar da qoşulub.

İki gün davam edəcək yarışda qaliblər yaş qruplarına müvafiq olaraq fərdi proqramda çoxnövçülük və ayrı-ayrı alətlər, qrup hərəkətləri proqramında isə ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Turnirin açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycan Gimnastika Federasiyasının nünayəndələri, təchizat üzrə menecer Fuad Abbasov, milli yarışlar üzrə menecer Elmira Lələyeva, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və idarənin əməkdaşları, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, gənclər, könüllülər, idmançılar, KİV nümayəndələri iştirak ediblər. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla ehtiramla yad edilib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək qonaqları və iştirakçıları, balaca fidanları salamlayıb, səmimi ürək sözlərini çatdıraraq yarışacaq gimnastlara uğurlar arzulayıb. Qərbin qapısı sayılan Qazaxda belə bir möhtəşəm turnirin keçirilməsinə görə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə razılığını ifadə edən icra başçısı bu cür turnirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Rayon rəhbəri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının müvafiq qərarına əsasən Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçildiyini, bu münasibətlə Qazaxın mötəbər tədbirlərə, yarışlara, çempionatlara, turnirlərə ev sahibliyi etdiyini, ilin sonuna kimi yüksək səviyyəli tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi bugünkü turniri həmin silsilə tədbirlərin davamı kimi qiymətləndirərək bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edib.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək yarış iştirakçıları olan balaca fidanlara uğurlar arzulayıb. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idman sahəsinə, idmançılara, xüsusilə də gimnastika idman növünə göstərilən dövlət qayğısından söz açan millət vəkili bugünkü turniri həmin qayğının davamı kimi qiymətləndirib. 

Sonra yarışa start verilib. Balaca fidanlar qalib adı uğrunda öz məharətlərini göstəriblər. Qaliblər mükafatlandırılıb, xatirə şəkli çəkdirilib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bədii gimnastika yığmamız birinci oldu - İslamiadada daha bir qızıl

    Bədii gimnastika yığmamız birinci oldu - ...

    13-05-2017, 21:58

  • 
  • Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci günü başladı

    Bakıda bədii gimnastika üzrə Dünya Kuboku ...

    23-07-2016, 13:02

  • 
  • Bədii gimnastika üzrə 22-ci Azərbaycan Birinciliyi və Bölgələrarası Kubok yarışları keçirilir

    Bədii gimnastika üzrə 22-ci Azərbaycan ...

    17-12-2015, 14:25

  • 
  • Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun fərdi çıxışlar üzrə qalibləri mükafatlandırılıb

    Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ...

    30-04-2017, 16:43

  • 
  • Bolqarıstan idmançısı Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda qalib gəldi

    Bolqarıstan idmançısı Bakıda bədii gimnastika ...

    30-04-2017, 16:53


Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

Oktyabr 2026 (315)
Sentyabr 2026 (1101)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu