Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür.
Gundemxebertv.com xəbər verir ki, 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan ordusu Gəncədə daha bir terror törədib.
Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə Ermənistan ərazisindən "Skad-B" Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə "Qələbə parkı"nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib.
Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.
11-10-2021, 09:33
11-10-2023, 09:32
5-10-2021, 11:38
4-10-2026, 04:12
12-10-2020, 13:50
Sorğu
Yeni dizaynımız necədir?