Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub.
Bu barədə Gundemxebertv.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahidə məntəqəsinin və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub hissəsində, Lənkəran reydində sahildən 20 dəniz mili məsafədə ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə, həmçinin bir kisədə 350 metr uzunluğunda sintetik tor aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Bu gün, 16:34
4-05-2023, 10:53
10-08-2021, 10:57
19-10-2018, 11:06
26-08-2026, 17:06
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?