Gundemxeber.az » Ölkə » Hadisə » Əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi
Azərbaycanda hamilə qadın evdə əri tərəfindən döyülüb.
Gundemxebertv.com xəbər verir ki, bu barədə ginekoloq Şəfəq Kamilova sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, pasiyentlərindən biri, uzunmüddətli müalicədən sonra fiziki şiddətə məruz qalıb:
"Dünən arzuolunan hamiləlik ailə münaqişəsinə qurban getdi. Oğlan qızı döyüb, evdə söz-söhbət... Qadından qan gəlib. Həkimə də aparmayıblar ki, düzələcək. Qızın anası gəlib aparıb klinikaya".
Ginekoloqun sözlərinə görə, o, başqa həkimə getdikdə isə uşağı abort etmək lazım olduğu bildirilib:
"Nəticədə qadın hamiləliyini sonlandırmağa və boşanmağa qərar verib. Nə qədər çalışsam da, qadını abortdan yayındıra bilmədim".
3-05-2016, 23:42
29-10-2015, 16:54
21-06-2017, 20:38
24-02-2016, 16:25
14-10-2015, 14:06
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?