Gundemxeber.az » Ölkə » Hadisə » Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır
Cəbrayılda mina partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Əşrəf Elman oğlu Qəhrəmanov və 2000-ci il təvəllüdlü Qəhrəmanov Orxan Əşrəf oğlu yaralanıblar.
Gundemxebertv.com xəbər verir ki, Əşrəf Qəhrəmanov 2016-cı il aprel döyüşlərində Lələ Təpə uğrunda gedən döyüşlərdə şəhid olan Ruhin Qəhrəmanovun atasıdır.
Bu barədə bloger Tofiq Şahmuradov paylaşım edib.
Bildirilib ki, Ə.Qəhrəmanov özü də Birinci Qarabağ müharibəsi qazisidir.
Qeyd edək ki, Ruhin Qəhrəmanov 2016-cı ilin aprel ayının 2-də Lələ Təpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
3-04-2016, 00:21
21-04-2016, 00:34
9-12-2013, 13:08
Dünən, 20:49
5-05-2016, 18:18
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?