Gundemxeber.az » Ölkə » Kirminal » Sumqayıtda məktəblilər arasında qanlı insident - 9-cu sinif şagirdi bıçaqlandı
Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb.
Gundemxebertv.com Oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib.
Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin 2010-cu il təvəllüdlü R.H. tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Məlumata görə, hər iki yeniyetmə Sumqayıtdakı orta məktəblərdən birinin şagirdləridir. R.H. orta məktəbin 10-cu, T.Ə. isə 9-cu sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.
21-11-2013, 11:51
27-12-2013, 16:06
24-06-2017, 11:40
31-08-2026, 18:19
12-12-2018, 11:36
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?