Gundemxeber.az » Ölkə » Səhifə 2259
Mədəniyyət naziri Əbülfəs Qarayev maliyyə naziri Samir Şərifovun Milli Məclisdə kino sahəsində səmərəli mexanizm olmadığı və bu səbəbdən son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasının məhdudlaşdırıldığı barədə çıxışına məqalə ilə cavab verib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 14-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
[center] [/center Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi materialları ilə tanış olma mərhələsi başa çatıb.
Hüquqşünas Aslan İsmayılova iki il islah işləri və 1500 manat da cərimə cəzası istənilib. Noyabrın 12-də Binəqədi Rayon Məhkəməsində prokuror bu təkliflə çıxış edib. Prokuror deyib ki, Aslan İsmayılovun xuliqanlığı məhkəmədə sübuta yetirilib.
[/center] Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada işləyən və müxtəlif KİV-lərlə əməkdaşlıq edən azərbaycanlı jurnalist Namiq Həsənovun xarici kəşfiyyat xidmətlərinə casusluq etdiyindən şübhələnir. Bu barədə N.Həsənov özü haqqin.az və virtualaz.org saytlarının müxbiri ilə söhbətində bildirib.[center]
Xarici pasport almaq üçün müraciət etdikdən sonra polis əməkdaşları tərəfindən Bakıda saxlanılan jurnalist İlkin Məmmədli iki sutkadan sonra heç bir ittiham irəli sürülmədən azadlığa buraxılıb. Virtualaz.org xəbər verir ki, bu barədə “Kavkazski uzel” portalına hüquq müdafiəçisi Samirə Ağayeva bildirib.
Ötən axşam yeni istifadəyə verilmiş Ələt-Astara yolunun Neftçala rayonundan keçən 90-cı km-də piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?