Gundemxeber.az » Ölkə » Səhifə 2932
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət, güclü külək əsməsi - qasırğa nəticəsində bina və evlərə, o cümlədən, Daşkəsən şəhərinin yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi minik avtomobillərinə ziyan dəyib.
Küləklə müşayiət olunan aramsız yağışlar Tərtər və Goranboyun bir sıra kəndlərində fəsadlara yol açıb.
Bu gün tanınmış jurnalist Zabil Müqabiloğlunun anım mərasimi keçirilib. "ODA" teatrında baş tutan tədbirdə tanınmış jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bazar ertəsi səhərdən etibarən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi ilə əlaqədar olaraq Bakıətrafı kənd və qəsəbələrdə bəzi sərnişin avtobuslarının marşrut xətləri dəyişdiriləcək, Bakı Nəqliyyat Agentliyi bildirib.
Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı həbs olunub.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.
Sorğu
Yeni dizaynımız necədir?