Gundemxeber.az » Siyasət » Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü
Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkmənistan Silahlı Qüvvələrinin hərbi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Gundemxebertv.com xəbər verir ki, sərgi çərçivəsində Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkmənistan müdafiə nazirinin müavini polkovnik Bəymurat Soltanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
General-polkovnik K.Vəliyev Azərbaycanın türkdilli ölkələrin hərbi qurumları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib.
Səmimi qəbula görə təşəkkür edən qonaq ölkələrimiz arasında mövcud olan əlaqələrin dostluq, qardaşlıq, tarixi və mədəni köklərə əsaslandığını qeyd edib.
Bu gün, 18:17
10-07-2025, 19:18
20-11-2018, 13:45
18-02-2019, 12:03
27-04-2016, 12:58
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?