Gundemxeber.az » Siyasət » AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bakı şəhərinin Xətai rayonunda yerləşən “Rəmzioğlu Paxlava” MMC-nin fəaliyyəti ilə tanış olub.
Gundemxebertv.com xəbər verir ki, AQTA sədrinə müəssisənin fəaliyyəti, istehsal potensialı və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Q. Təhməzli müəssisədə unlu qənnadı məmulatlarının istehsal və emal sahələrinə, texnoloji xətlərə, məhsulların qablaşdırılması, saxlanılması və daşınması proseslərinə baxış keçirib.
Tanışlıq zamanı müəssisədə qida təhlükəsizliyi tələblərinə əməl olunması, məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin təmin edilməsi, həmçinin laboratoriya nəzarətinin təşkili ilə bağlı məsələlər müzakirə edilib.
6-03-2021, 12:49
12-12-2019, 11:31
9-11-2019, 13:40
7-08-2026, 18:04
17-05-2021, 12:31
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?