Gundemxeber.az » İdman » "Favorit Azərbaycan yığmasıdır" - Lixtenşteyn millisinin baş məşqçisi
Son matçımızdan cəmi üç gün keçib. İki qarşılaşma arasında bərpa olunmaq üçün intensiv iş apardıq. Bakıya uçuşumuz çox rahat təşkil olunmuşdu, vaxt itirmədik. Heyətdə heç bir zədəli və ya xəstə futbolçu yoxdur, bütün oyunçular sıradadır. Sabahkı matçı səbirsizliklə gözləyirik.
Gundemxebertv.com xəbər verir ki, bu sözləri Lixtenşteyn milli komandasının baş məşqçisi Konrad Fünfştük UEFA Millətlər Liqasında Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
Azərbaycan millisinin oyununu analiz etdiklərini bildirən mütəxəssis komandamızın güclü tərəflərini fərqləndirib: "Azərbaycan yığmasının sonuncu – Litva ilə görüşünü diqqətlə təhlil etmişik. Onlar həmin matçda yüksək keyfiyyət nümayiş etdirdilər. Azərbaycan çox hücumameyilli oynayan və heyətində keyfiyyətli futbolçuları olan komandadır. Meydanda, xüsusilə hücumda və orta sahədə fərqlənən oyunçuları var. Təbii ki, sabahkı görüşün favoriti Azərbaycan milli komandasıdır. Lakin futbol meydanda oynanılır və biz öz oyunumuzu göstərməyə çalışacağıq".
Baş məşqçi komandasının oyun fəlsəfəsinə də toxunub: "Bəzi futbolçularımızı çıxmaq şərtilə, heyətdə peşəkar statusu olmayan, müxtəlif sahələrdə çalışan oyunçular yer alır. İki ölkə futbolu arasındakı əsas fərqlərdən biri də budur. Məsələn, Azərbaycan millisinin heyətində artıq Çempionlar Liqası səviyyəsində çıxış edən futbolçular var. Buna baxmayaraq, mənim oyunçularım futbola böyük həvəslə və peşəkar yanaşırlar. Bizim çıxışımız yalnız yekun nəticə ilə ölçülmür. Əsas məqsədimiz güclü rəqiblərə karşı xarakter göstərmək, ölkəmizi layiqincə təmsil etməkdir. İstəyirik ki, azarkeşlər sabah Lixtenşteynin ürəklə və həvəslə mübarizə aparan yaxşı komanda olduğunu görsünlər".
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Lixtenşteyn oyunu saat 20:00-da başlayacaq.
Bu gün, 18:18
11-08-2020, 09:45
2-08-2017, 15:27
15-10-2018, 11:29
12-10-2020, 10:47
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?