Gundemxeber.az » İdman » Bir dövrün sonu: Messi Argentina millisi ilə vidalaşdı
Argentina milli futbol komandası yoldaşlıq oyununda Benini 3:0 hesabı ilə məğlub edib. Qarşılaşma hücumçu Lionel Messinin milli komandadakı son oyunu olub.
Gundemxebertv.com xəbər verir ki, Buenos-Ayresdə keçirilən görüşdə Argentina millisinin qollarını Nikolas Otamendi, Niko Paz və Lionel Messi vurub. Messi 71-ci dəqiqədə penaltidən fərqlənib və iki məhsuldar ötürmə edib.
Messi Argentina millisində 2005-ci ildə debüt edib. O, milli komandada 208 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Messi Argentina ilə 2022-ci il dünya çempionatının, iki dəfə Amerika Kubokunun və Finalissimanın qalibi olub.
29-06-2021, 12:29
2-09-2026, 17:23
26-11-2014, 01:10
10-07-2024, 14:04
23-06-2018, 17:17
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?