Gundemxeber.az » İdman » Premyer Liqa klubları onu hədəfə aldı
“Liverpul” və “Mançester Yunayted” “Bornmut”un sol cinah müdafiəçisi Adrien Trüfferlə maraqlanır.
Gundemxebertv.com xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb. İngiltərə klublarının 24 yaşlı futbolçu uğrunda qış transfer pəncərəsində mübarizə aparacağı gözlənilir.
“Bornmut”un Trüfferlə bağlı danışıqlarda sərt mövqe tutacağı bildirilir. Klub fransalı müdafiəçinin transferi üçün təxminən 60 milyon funt sterlinq (70 milyon avro) tələb edəcək. Eyni zamanda “Bornmut”un mövsümün ortasında futbolçunun transferinə ümumiyyətlə icazə verməməsi də mümkündür.
Qeyd edək ki, Trüffer bu mövsüm bütün turnirlərdə 6 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. Onun “Bornmut”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
20-12-2015, 12:59
12-02-2017, 13:19
9-06-2016, 20:10
1-08-2025, 12:52
31-12-2014, 18:06
Sorğu
Yeni dizaynımız necədir?