Gundemxeber.az » İdman » “Barselona” tarixi rekordu təkrarladı
“Barselona” 1923/1924-cü illər mövsümündən bəri ilk dəfə mövsümün ilk 10 rəsmi oyununda qələbə qazanıb.
Gundemxebertv.com xarici mediaya istinadən xəbər verir ki, bu nəticə Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda səfərdə Türkiyənin “Qalatasaray” klubunu 4:1 hesabı ilə məğlub etməsindən sonra qeydə alınıb.
Cari mövsümdə bütün turnirlərdə keçirdiyi 10 oyunun hamısında qalib gələn Kataloniya təmsilçisi bu qarşılaşmalarda 43 qol vurub, öz qapısında isə 9 top görüb.
Qeyd edək ki, “Barselona” İspaniya çempionatında turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu hazırda UEFA Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində də liderdir.
27-08-2026, 08:21
29-05-2019, 12:23
1-10-2025, 23:58
29-05-2019, 11:51
26-08-2026, 11:22
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?