Gundemxeber.az » Dünya » "ABŞ və İsrail İranda daxili parçalanma yaratmağa çalışırlar" - Pezeşkian
İranın düşmənləri — ABŞ və İsrail — müharibə və ya hərbi əməliyyatlar yolu ilə İran xalqını diz çökdürə bilməyəcəklərini anlayıblar. Buna görə də onlar daxili parçalanmaları qızışdırmaq və dərinləşdirmək vasitəsilə ölkəyə zərər vurmağa çalışırlar.
Gundemxebertv.com xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian iri şəhərlərin və əyalət mərkəzlərinin merləri ilə görüşdə bildirib.
Pezeşkian əlavə edib ki, təhdidlərin dəf edilməsi və problemlərin həlli üçün cəmiyyətin bütün təbəqələrinin və müxtəlif qrupların iştirakı və əməkdaşlığı həyati əhəmiyyət daşıyır.
Xalq arasında birlik, həmrəylik və sıx bağlılığın qorunub saxlanılmasının zəruriliyini vurğulayan İran Prezidenti bildirib ki, ölkə işlərinin idarə olunmasına cəmiyyətin bütün təbəqələri və müxtəlif qruplar cəlb edilməlidir.
27-08-2026, 15:16
7-05-2026, 22:00
3-02-2026, 22:19
8-01-2026, 15:42
28-04-2025, 13:38
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?