Gundemxeber.az » Dünya » "Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var" - Gerlind Heckmann
Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərdə, xüsusilə də iqtisadi sahədə dinamika var. Strateji Bəyannamə və xüsusən də yeni yaradılmış Alman-Azərbaycan İqtisadi Şurası ilə biz ikitərəfli iqtisadi əlaqələri növbəti mərhələyədək inkişaf etdirmək üçün bünövrə qoymuşuq.
Gundemxebertv.com xəbər verir ki, bu sözləri Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin (BMWE) VB üzrə baş direktor müavini Gerlind Heckmann Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində keçirilən "Azərbaycanda investisiyaların sürətləndirilməsi" panelində deyib.
“Hamımızın dəstəkləmək və asanlaşdırmaq istədiyimiz davamlı, uzunmüddətli münasibətləri qurmaq üçün bizə bizneslər, layihələr və insanlar lazımdır. Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyi istər Berlində, istərsə də Bakıda bu səyləri fəal şəkildə dəstəkləyir. Mənim komandam bir neçə həftə əvvəl siyasi danışıqlar və bizneslə birbaşa təmaslar üçün burada olub. Bu cəlbolunma, zənnimcə, Azərbaycana və bütövlükdə bu regiona artan diqqəti göstərir”, - deyə Gerlind Heckmann vurğulayıb.
27-09-2018, 12:15
27-09-2019, 10:51
25-08-2018, 14:30
7-02-2018, 11:49
25-08-2018, 21:00
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?