Gundemxeber.az » Dünya » Keçmiş nazir prezident seçildi
Kosovo Parlamenti iqtisadçı Justina Şiroka Pulanı ölkə prezidenti seçib və bununla da yeni erkən parlament seçkilərinin qarşısını alıb.
Gundemxebertv.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Pula 120 yerlik parlamentdə 81 səs toplayıb. Onun seçilməsi Baş nazir Albin Kurtinin hakim Özünütəyinetmə partiyası ilə müxalifətdəki Kosovo Demokratik Partiyası arasında Haaqadakı müharibə cinayətləri məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan razılaşmanın nəticəsi idi.
Kosovo prezidenti vəzifəsi əsasən təntənəli xarakter daşıyır, lakin prezident seçkiləri dəfələrlə siyasi qeyri-sabitlik mənbəyi olub. Prezident seçmək üçün deputatların üçdə ikisinin dəstəyi tələb olunur və siyasi qüvvələr çox vaxt namizədlə bağlı razılığa gələ bilmirlər.
1953-cü il təvəllüdlü Şiroka Pula Kosovo Elmlər və İncəsənət Akademiyasına rəhbərlik edir və iqtisadiyyat professorudur. O, 2008-ci ildən 2011-ci ilə qədər İqtisadiyyat naziri olub.
21-01-2016, 21:12
6-05-2016, 02:12
12-12-2022, 15:15
26-12-2022, 16:16
21-11-2018, 14:31
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?