Gundemxeber.az » Dünya » Dünyanın sonu yaxınlaşır - Din xadimi tarixi açıqladı
Cənubi Afrikada uğursuz proqnozları ilə tanınan din xadimi Coşua Mlakela açıqlamaları ilə yenidən diqqət çəkib.
Gundemxebertv.com xarici mətbuata istinadən xəbər verir ki, 12-13 oktyabr 2026-cı ildə dünyanın məhv olacağını iddia edib.
Pastor bildirib ki, yeni tarixi ona Tanrı və İsa Məsihin göründüyü vəhylərdən sonra əldə edib. Onun sözlərinə görə, xristianların bir qisminin inandığı “yüksəliş” hadisəsi artıq bir həftə ərzində baş verəcək. Mlakela bu tarixlərin yekun olduğunu və daha dəyişdirilməyəcəyini deyib.
Qeyd edək ki, pastor daha əvvəl "dünyanın sonu"nun 23 sentyabr 2025-ci ildə baş verəcəyini proqnozlaşdırmışdı. Buna inanan bəzi tərəfdarları ev və avtomobillərini satıb, hətta işlərindən istefa veriblər. Proqnoz özünü doğrultmadıqda isə Mlakela Tanrının Qiyamət gününü insanların tövbə etməsi üçün təxirə saldığını iddia etmişdi.
20-12-2012, 14:30
9-10-2013, 00:38
12-04-2018, 14:53
16-12-2014, 00:06
7-08-2014, 00:57
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?