Gundemxeber.az » Dünya » Türkiyədə yeniyetmələrin sosial media hesabları bağlanacaq
Sosial media xidmətləri göstərən şirkətlər 1 noyabr 2026-cı il tarixindən etibarən 15 yaşından kiçik istifadəçilərə xidmət göstərə bilməyəcək.
Gundemxebertv.com xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib.
O bildirib ki, sosial mediaya giriş üçün dövlət xidmətləri sistemi (e-Devlet) vasitəsilə yaş həddinin təsdiqlənməsi tələb olunacaq.
Bununla yanaşı, 15-18 yaşlı yeniyetmələrin hesabları və izləyici sayı haqqında məlumatlar da bağlanacaq. Bu istifadəçi qrupu sosial media vasitəsilə canlı yayımlar təşkil edə və ya səhifələrinin ekran görüntülərini çəkə bilməyəcək.
Bundan əlavə, yeniyetmələrin sosial mediada keçirdiyi vaxt texniki cəhətdən məhdudlaşdırılacaq. Bu kateqoriyadan olan istifadəçilər zərərli məzmundan qorunmaq üçün filtrlərdən də istifadə etməli olacaqlar.
2027-ci il martın 31-dək istifadəçilərdən yaşlarını ən azı bir dəfə təsdiqləmələri tələb olunacaq. Türkiyə qanunlarını pozan sosial media platformaları məsuliyyətə cəlb olunacaq.
25-06-2013, 11:43
13-08-2026, 11:48
20-10-2018, 12:58
10-08-2026, 14:40
27-08-2026, 08:24
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?