Gundemxeber.az » Dünya » Zelenskinin atəşkəs təklifinə Kremldən cavab
Kreml dəfələrlə Rusiyanın atəşkəs yox, uzunmüddətli sülh istədiyini bildirib.
Gundemxebertv.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, bu mövqeyin Rusiya Prezidenti Vladimir Putin tərəfindən səsləndirildiyini vurğulayıb.
Daha əvvəl, 11 oktyabrda Kiyev lideri Volodimir Zelenski ABC News-a verdiyi müsahibədə Rusiyanın 60 günlük atəşkəsə razılaşacağı təqdirdə Ukraynanın prezident seçkiləri keçirməyə hazır olduğunu bildirmişdi.
Elə həmin gün, Peskov Rusiyanın Ukrayna ilə bağlı danışıqlar prosesinə açıq olduğunu vurğulayıb.
Kremlin sözçüsü Ukraynada seçkilərin keçirilməsinin Moskvanın danışıqları bərpa etməsi üçün şərt olub-olmayacağı ilə bağlı suala cavab olaraq qeyd edib ki, Rusiya lideri hələlik bu barədə heç nə deməyib.
***
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya ilə ən azı 60 günlük tam atəşkəs barədə razılığa gələcəyi təqdirdə, Ukraynada seçkilərin mümkün qədər tez keçirilməsi üçün qanunvericilikdə dəyişikliklər üzərində Ali Rada ilə işləməyə hazır olduğunu bildirib.
Gundemxebertv.com xəbər verir ki, Zelenski bunu Varşava Təhlükəsizlik Forumu çərçivəsində çıxışı zamanı deyib.
"İndi Ukraynadakı seçkilərə gəldikdə isə əlbəttə ki, təhlükəsizlik baxımından bu, tamamilə mümkün deyil. Biz həm gündüz, həm də gecə hücum altındayıq. Əvvəllər də çətin gecələr və çətin qışlar keçirirdik, minlərlə hücum baş verirdi, amma onlar əsasən gecələr baş verirdi. İndi Rusiya yeni konsepsiyası çərçivəsində hər saat hücumlar nəzərdə tutur. Beləliklə, belə şəraitdə seçkilərin keçirilməsi mümkün deyil", - deyə prezident bildirib.
12-03-2025, 22:39
4-07-2019, 10:30
5-03-2025, 23:42
24-04-2025, 15:52
4-05-2026, 09:35
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?