Gundemxeber.az » Dünya » Qazaxıstan Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq etdi
Qazaxıstan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının mülki infrastrukturuna edilən hücumlarla əlaqədar bu ölkədə olan vətəndaşlarını ehtiyat tədbirlərini gücləndirməyə çağırıb.
Gundemxebertv.com Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, vətəndaşlara yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək, insanların kütləvi toplaşdığı yerlərdən və yüksəkriskli obyektlərdən uzaq durmaq tövsiyə olunur.
Nazirlik, həmçinin zəruri hallar istisna olmaqla, hava limanlarına getməkdən çəkinməyi, uçuşların statusunu əvvəlcədən aviaşirkətlərlə dəqiqləşdirməyi və mümkün olduqda vacib olmayan səfərləri təxirə salmağı məsləhət görür.
Fövqəladə hallar baş verdikdə Qazaxıstan vətəndaşlarına ölkənin Ər-Riyad və Ciddə şəhərlərindəki diplomatik nümayəndəliklərinə müraciət etmək tövsiyə olunub.
3-04-2017, 01:49
10-07-2013, 12:42
12-10-2019, 14:51
14-10-2019, 12:47
23-10-2025, 19:02
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?