Gundemxeber.az » Dünya » "Sərhəd daha tez açıla bilər" - Mirzoyan
Ermənistan ilə Türkiyə arasındakı sərhəd, tərəflər yeni nümayəndələr təyin etməyə nail olmamışdan əvvəl açıla bilər.
Gundemxebertv.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, eyni zamanda İsveçrə Federal Xarici İşlər Departamentinə rəhbərlik edən İnyatsio Kassis ilə görüşündən sonra açıqlayıb.
O, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə yeni nümayəndənin təyin edilməsi ilə bağlı suala cavab olaraq bildirib: "Ermənistan-Türkiyə normallaşma prosesinin əsas məqsədi münasibətlərin tam normallaşması və sərhədin bütövlükdə açılmasıdır.
Açığını desəm, yeni nümayəndəyə ehtiyac olub-olmadığı sual doğurur, çünki yeni nümayəndə vəzifəsinə namizədlər üzrə razılıq əldə olunmamışdan əvvəl sərhədin açılması mümkündür. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi elə bir yetkinlik mərhələsinə çatıb ki, yekun və tam normallaşmaya istənilən gün nail olmaq olar. Ermənistan və Türkiyə demək olar ki, hər gün əlaqə saxlayırlar və danışıqlar davam edir.
Adətən, yekun razılaşma və ya nəticə əldə olunana qədər danışıqların təfərrüatları ictimaiyyətə tam açıqlanmır. Ermənistan və Türkiyə arasındakı danışıqlar da istisna deyil".
XİN rəhbərinin sözlərinə görə, hazırda bu əlaqələri davam etdirməyə ehtiyac var: "Bu dəfə Ermənistanda, ehtimal ki, əvvəlkindən daha geniş miqyasda Ermənistan-Türkiyə biznes forumu keçiriləcək. Ümid edirəm ki, bu fürsətdən istifadə olunaraq bağlı sərhəd açılacaq və erməni iş adamlarının keçidinə imkan yaradılacaq. Ermənistan-Türkiyə normallaşma prosesi çərçivəsində artıq müəyyən razılaşmalar əldə olunub və praktiki nəticələr qazanılıb, lakin tam normallaşma prosesi hələ başa çatmayıb".
8-11-2013, 11:30
30-08-2026, 11:46
15-02-2023, 16:57
6-10-2025, 22:09
1-09-2026, 11:00
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?