Gundemxeber.az » Dünya » Rusiya Nəvaiyə görə Qazaxıstana nota verdi
Rusiyanın Almatı şəhərindəki Baş Konsulluğu Navai təxəllüsü ilə tanınan, azərbaycanəsilli rusiyalı reper Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan Xarici İşlər Nazirliyinə nota göndərib.
Gundemxebertv.com xəbər verir ki, bu barədə Rusiyanın diplomatik nümayəndəliyindən məlumat verilib. Nümayəndəlik sənətçiyə zəruri konsulluq yardımının göstərilməsinə hazır olduğunu bildirib.
İfaçı oktyabrın 13-də Qırğızıstandan Qazaxıstana daxil olarkən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılıb. Polisin məlumatına görə, onun olduğu avtomobilə baxış zamanı narkotik maddə aşkarlanıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Hazırda məhkəməyədək araşdırma aparılır.
Sənətçinin vəkili Rəna Kərimova onun iki ay müddətinə həbs edildiyini bildirib. Vəkil “Rossiyskaya qazeta”ya müsahibəsində işin cərimə ilə yekunlaşa biləcəyini istisna etməyib: “Ola bilsin ki, hər şey cərimə ilə başa çatsın, çünki bu, orta ağırlıqlı cinayətdir”.
2-05-2019, 15:00
10-05-2021, 13:28
23-11-2018, 07:24
20-08-2013, 16:28
11-05-2018, 16:24
Sorğu
Yeni dizaynımız necədir?