Gundemxeber.az » Dünya » "Kruassan yeyib, qəhvə içmək istəyiriksə, Ukraynanı dəstəkləyək"
Latviyanın Baş naziri Andris Kulberqs Ukraynaya dəstəyin Avropanın təhlükəsizliyi üçün vacib olduğunu bildirib.
Gundemxebertv.com xarici mətbuata istinadən xəbər verir ki, o, avropalıların yalnız Kiyevi dəstəkləməyə davam etdikləri təqdirdə təhdidlərdən narahat olmadan gündəlik həyatlarından zövq ala biləcəklərini iddia edib.
"Bu, çox vacib bir andır, çünki əgər Avropada rahatlığın qalmasını, səhərlər kruassan yeyib, qəhvə içib təhdidlər barədə düşünməməyimizi istəyiriksə, Ukraynanı dəstəkləməliyik", - deyə o, Brüsseldə jurnalistlərə açıqlamsında bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ-ın İrana qarşı müharibəsi və Hörmüz boğazındakı böhran Rusiyanın neft gəlirlərini artırıb və Latviya baş nazirinin sözlərinə görə, bu hadisələr nəticəsində neft gəlirləri "suyun altından çıxarılıb". O əlavə edib ki, bu, Ukraynanın xeyrinə deyil.
17-02-2020, 12:17
5-11-2018, 19:59
22-09-2016, 13:19
20-12-2013, 01:38
10-04-2014, 10:37
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?