Gundemxeber.az » Dünya » Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib
ABŞ Prezidenti Donald Tramp Rusiyadan idxal olunan mallara gömrük rüsumlarının 500 faiz artırılmasını, həmçinin Rusiya enerji daşıyıcılarının ən böyük alıcılarına və sanksiyalardan yayınmağa kömək edən ölkələrə əlavə rüsumlar tətbiq edilməsini nəzərdə tutan fərman imzalayıb.
Gundemxebertv.com xəbər verir ki, oktyabrın 16-da imzalanan sənədə əsasən, Rusiya nefti və təbii qazının beş ən böyük idxalçısı 2026-cı il oktyabrın 18-dən etibarən Rusiya xammalının yeni alışlarını bilərəkdən həyata keçirərsə, həmin ölkələrə tətbiq olunan rüsumlar 100 faiz artırılacaq.
Bundan başqa, ABŞ hakimiyyətinin qiymətləndirməsinə görə, Rusiyanın neft sektoruna qarşı sanksiyalardan yayınmağa ən çox kömək edən beş ölkədən idxal olunan mallara rüsumların daha 100 faiz artırılması nəzərdə tutulur. Həmin ölkələrin adları ABŞ-ın ticarət nümayəndəsi tərəfindən digər dövlət qurumları ilə birgə müəyyənləşdiriləcək.
Eyni zamanda, Tramp 2026-cı il sentyabrın 18-də imzalanmış Rusiya və İrana qarşı sanksiyalar haqqında yeni qanunun bəzi müddəalarının tətbiqini dayandırmaq səlahiyyətindən istifadə edib.
Fərmana əsasən, qanunda nəzərdə tutulan rüsumlardan müəyyən istisnalar tətbiq edilir, həmçinin bir sıra sanksiya tədbirləri və məhdudiyyətlərin qüvvəsi müvəqqəti dayandırılır.
14-08-2026, 08:32
31-05-2018, 14:12
7-04-2025, 13:11
14-05-2019, 18:31
4-08-2025, 12:27
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?