Gundemxeber.az » Dünya » Hərbi düşərgədəki partlayışda Xidmət işçiləri ölüb - Yaralılar var
Liviyanın qərbində yerləşən Zaviyə şəhərində hərbi düşərgədə baş verən partlayış nəticəsində yeddi nəfər həlak olub.
Gundemxebertv.com xəbər verir ki, bu barədə “Libia Press” portalı məlumat yayıb.
Məlumata görə, hadisə Əl-Harşa bölgəsindəki Radar düşərgəsində təlim zamanı baş verib. Həlak olanlar Təhlükəsizlik Təhdidlərinin İdarə Edilməsi Xidmətinin rəisi Məhəmməd Bəhrunun tabeliyindəki bölmələrin üzvləri olub.
Portalın məlumatına əsasən, ağır yaralananlar arasında Bəhrunun nəzarətində olan həbsxanalara məsul şəxs də var.
Qeyd edək ki, Zaviyə şəhəri son dövrlərdə əraziyə nəzarət uğrunda mübarizə aparan silahlı qruplar arasında toqquşmaların baş verdiyi məkanlardan birinə çevrilib. Toqquşmalar yolların bağlanmasına və infrastrukturun fəaliyyətində problemlərə səbəb olub.
5-02-2019, 11:07
1-05-2016, 12:11
19-07-2017, 12:05
9-04-2017, 23:16
10-10-2015, 12:59
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?