Gundemxeber.az » Xəbərlərin siyahısı: 20.09.2026
"Iran Air" aviaşirkətinə məxsus, İstanbuldan Tehran hava limanına reys yerinə yetirən "Airbus A330" təyyarəsi texniki nasazlıq səbəbindən Təbriz hava limanına təcili eniş edib. Gundemxeber.org xəbər verir ki, Təbriz hava limanından verilən məlumata görə, eniş təhlükəsiz keçib.
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub. Gundemxeber.org xəbər verir ki, bağlanış matçında "Kəpəz" öz meydanında "Sumqayıt"ı qəbul edib. Gəncə şəhər stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib - 1:1. Bu nəticədən sonra "Kəpəz" 7 xalla 7-ci pillədə qərarlaşıb. "Sumqayıt" isə 2
ABŞ Prezidenti Donald Tramp Ağ Evin üzərində CNN, MSNOW və Politico adları yazılmış zibil torbaları olan şəklini paylaşıb. Gundemxeber.org xəbər verir ki, daha əvvəl ABŞ prezidenti bu media qurumlarını saxta adlandırmış və onların administrasiyasına girişini bloklamışdı.
Rusiya Silahlı Qüvvələri Odessa limanında toplu yük daşıyan gəmiyə zərbə endirib. Gundemxeber.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Gəminin Ukrayna Silahlı Qüvvələri (UHQ) üçün nəzərdə tutulmuş hərbi texnika daşıdığı bildirilir. Daha əvvəl Rusiyanın Geran tipli pilotsuz uçuş aparatlarının Ukraynanın Odessa
Göygöldə qətl hadisəsi baş verib. Gundemxeber.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisindən qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı
Bu gün Almaniyanın iki federal əyalətində - paytaxt Berlində və Meklenburq-Ön Pomeraniyada keçirilən seçkilərdə ilkin nəticələr açıqlanıb. Gundemxeber.org xəbər verir ki, Berlində yerli qanunverici orqan olan Deputatlar Evinə seçkilərin ilkin nəticələrinə əsasən, əsas namizədi Türkiyə əsilli Elif Eralpın olduğu Sol Partiya 24,8 faiz səslə
Türkiyə Super Liqasında VI tur davam edir. Gundemxeber.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün "Fənərbaxça" meydanda "Eyüpspor"la qarşılaşıb. Görüş "sarı-lacivərdlilər"in tam üstünlüyü ilə keçib. Vedat Muriçin poker, Mason Qrinvudun dubl etdiyi matçda "Fənər" 8:0 hesablı qələbə qazanıb. Bu
Devrilmiş prezident Bəşər Əsəd dövründə Respublika Qvardiyasında yüksək vəzifə tutan keçmiş general-mayor Əhməd Məhəmməd İsmayıl Suriyada saxlanılıb. Gundemxeber.org xəbər verir ki, hazırkı Suriya hökuməti onun vətəndaş müharibəsi zamanı silahlı müxalifət qüvvələrinin nəzarətində olan ərazilərə qarşı hərbi əməliyyatlara rəhbərlik etdiyini
Xudutəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı gildən hazırlanmış ocaq qurğuları və onların qalıqları aşkar olunub. Gundemxeber.org xəbər verir ki, diametri 40-45 santimetr olan bu qurğuların yemək bişirilməsi məqsədilə istifadə edildiyi ehtimal olunur. “Muğan Tunc-İlk Dəmir dövrü arxeoloji ekspedisiyası”nın
Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunda yanğın baş verib. Gundemxeber.org AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə bu gün saat 16:40 radələrində, avtobus Bakı istiqamətində hərəkətdə olarkən Şabran rayonu ərazisində baş verib. Belə ki, avtobusun arxa hissəsindəki təkərlərdən birində qəfil alışma olub. Dərhal sərnişinlər
Sorğu
Yeni dizaynımız necədir?