Gundemxeber.az » Xəbərlərin siyahısı: 01.11.2026
Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. Milli Olimpiya Komitəsindən Gundemxebertv.com-a verilən məlumata görə, bu uğura Azərbaycan cüdoçusu İbrahim Talıbov nail olub. 55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan cüdoçu finalda xorvatiyalı rəqibi Zvorc Jonaya qalib gələrək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya Prezidenti Li Ce Myunqun dəvəti ilə noyabrın 1-dən 4-dək Seula səfər edəcək. Gundemxebertv.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədəTürkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib. Liderlər və nümayəndə heyətləri arasında rəsmi
Ağstafada iki qızı avtomobil vurub. Gundemxebertv.com Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib. Belə ki, "Mercedes" markalı minik avtomobili 16 yaşlı Svetlana Əhmədovanı və onun həmyaşıdı Nuranə Qasımovanı vurub. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qeyd edək ki, xəsarət alan hər
Daş Salnamə Muzeyində rəssam, heykəltaraş Orxan Nəbizadənin “Qədim daş, müasir yaddaş” və Elvin Nəbizadənin isə “Məsuliyyət radiusu” adlı layihələri təqdim olunub. Gundemxebertv.com xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak ediblər. “Qədim
Moskvada Tsaritsino Muzey-Qoruğunun ərazisində terror aktı törətməklə bağlı sosial mediada təhdidlər yaydığına görə yetkinlik yaşına çatmayan Rusiya vətəndaşı saxlanılıb. Gundemxebertv.com xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb. Məlumata görə, yeniyetmənin şəxsiyyəti Amerika tərəfindən mümkün terror
167 nömrəli tam orta məktəbin müəllimi dünyasını dəyişib. Gundemxebertv.com xəbər verir ki, məktəbin dil-ədəbiyyat müəllimi Acalova Sevda vəfat edib.
ABŞ-nin Alabama ştatında futbol matçından sonra stadion yaxınlığındakı küçələrdən birində baş verən silahlı hücum nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb. Gundemxebertv.com xarici mediaya istinadla xəbər verir ki, Birmingem şəhər Polis Departamenti ənənəvi “Magic City Classic” futbol matçından sonra “Legion Field” stadionunun yaxınlığında
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb. Gundemxebertv.com xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun ikinci mərhələsi çərçivəsində keçiriləcək “Göztəpə” (Türkiyə) - “AZ Alkmaar” (Niderland) oyununda hakim-inspektor olacaq. Qeyd edək ki, qarşılaşma noyabrın 3-də Türkiyənin İzmir şəhərində
Portuqaliyanın paytaxtı Lissabonda mənzil qiymətlərinin və kirayə haqlarının artmasına qarşı keçirilən etiraz aksiyasından sonra polis çadırlardan ibarət düşərgəni dağıdıb. Gundemxebertv.com “Reuters”ə istinadla xəbər verir ki, bazar günü səhər saatlarında onlarla polis əməkdaşı Rossio meydanına daxil olaraq etirazçıları ərazidən uzaqlaşdırıb.
Oktyabrın 29-da Türkiyənin Kapadokiya bölgəsində yerləşən açıq hava muzeyinin girişində qayaların uçması anbaan kameraya düşüb. Hadisə nəticəsində üç nəfər ölüb, beş nəfər isə xəsarət alıb. Gundemxebertv.com faciənin görüntülərini təqdim edir:
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?