Gundemxeber.az » Manşet » Cahangir Əsgərovun qızından Nyu-Yorkda milyonluq gediş: Çelsidə 7,5 milyon dollarlıq yeni əmlak
Dövlət subsidiyaları ilə idarə olunan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin keçmiş prezidenti Cahangir Əsgərovun ailəsi yenidən diqqət mərkəzindədir. Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin təqdim etdiyi faktlara əsasən, keçmiş AZAL rəhbərinin qızı Məlahət (Mila) Əsgərova ABŞ-ın Nyu-York şəhərində dəyəri milyonlarla dollar olan növbəti daşınmaz əmlaka sahib olub.
Məlumata görə, söhbət Manhettenin nufuzlu Çelsi (Chelsea) rayonunda, 543 West 25th Street ünvanında yerləşən 434,6 kvadratmetrlik iki kommersiya obyektiindən gedir. Alqı-satqı müqaviləsi bu il iyunun 30-da rəsmiləşdirilib.
Əmlak necə və kimdən alınıb?
Alıcı: Məlahət Əsgərovanın sahibi olduğu "MRCRI Prop LLC" şirkəti;
Satıcı: Nyu-York incəsənət bazarında tanınmış qalereya rəhbəri və kurator Duqlas Kent Uolla ilə əlaqəli olan "Marlborough Real Estate LLC" ("Marlborough Gallery");
Məbləğ: 7,5 milyon ABŞ dolları.
Ehtimallara görə, ümumi sahəsi kifayət qədər böyük olan bu kommersiya obyekti Məlahət Əsgərovanın təsisçisi olduğu "Gazelli Art House" incəsənət qalereyasının fəaliyyətinin genişləndirilməsi məqsədilə əldə edilib.
Qeyd: Gundemxeber.org olaraq, məqalədə adıçekilən bütün tərəflərin və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
19-03-2021, 12:53
23-06-2020, 17:55
20-01-2021, 09:43
11-05-2018, 15:38
21-04-2019, 23:21
Sorğu
Yeni dizaynımız necədir?