Gundemxeber.az » Manşet » Novxanıda şok alqı-satqı: Ramiz Mehdiyevin 5 hektarlıq mülkü necə satıldı?
Prezident Administrasiyasının keçmiş rəhbəri, barəsində bir neçə maddə ilə cinayət işi qaldırılan Ramiz Mehdiyevlə bağlı istintaq başa çatıb. Cari ilin 21 sentyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə ilk məhkəmə prosesi keçiriləcək. Belə bir həssas məqamda Abşeron rayonunun Novxanı kəndində Ramiz Mehdiyevə məxsus 5 hektarlıq böyük bir ərazinin məşhur iş adamlarından birinə satıldığı ilə bağlı məlumatlar yayılmağa başlayıb.
Bu barədə gundemxeber.org-un redaksiyasına məlumat verən kənd sakinləri qeyd ediblər ki, Novxanı ərazisində insanların rəhmətə gedən yaxınlarını dəfn etməyə qəbir yeri tapmadıqları bir vaxtda, vaxtilə Ramiz Mehdiyev tərəfindən zəbt edilən torpaqlardan 5 hektarlıq sahənin bir iş adamına satıldığı məlum olub. Kənd sakinləri hesab edir ki, ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin bu torpaq sahəsini indiki həssas məqamda necə satması ciddi suallar doğurur.
Maraqlıdır ki, baş verənlərlə bağlı həm Əmlak Məsələləri Dövlət Xidməti, həm də Novxanı bələdiyyəsinin torpaq şöbəsi susqunluq nümayiş etdirir. Halbuki Ramiz Mehdiyevlə bağlı hər bir olay dövlət səviyyəsində araşdırılmalı olan məsələdir və əlaqədar qurumların bu alqı-satqı haqqında məlumatlandırılması vacibdir.
Bundan başqa, sakinlərin iddiasına görə, Novxanıda hələ də Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Teymur Mehdiyev, qohumları Telman Mehdiyev və Dilqəm Mehdiyevin adına külli miqdarda torpaq sahəsi mövcuddur. Bu torpaqların R.Mehdiyevin aparat rəhbəri olduğu dönəmdə ələ keçirildiyi ehtimal olunur. Sakinlər müvafiq qurumların, xüsusilə də hüquq-mühafizə orqanlarının Ramiz Mehdiyev və onun yaxınlarının Novxanıdakı torpaq sahələri ilə bağlı daha ciddi araşdırma aparmasını vacib hesab edirlər.
Gundemxeber.org
17-03-2021, 15:44
8-09-2020, 20:33
25-09-2020, 12:48
11-08-2020, 15:53
15-09-2020, 09:46
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?