Gundemxeber.az » Manşet » 254 milyonluq qanunsuz köçürmə və yarım milyardlıq əmlak: "Milyonçu qardaşlar"ın cəzası bəlli oldu
Bakı Ağır Cinayətlər Məhkəməsində ictimaiyyətdə "Milyonçu qardaşlar" işi kimi tanınan Bahadır Qasımov, qardaşı İkram Qasımov və onların yaxınlarının cinayət işi üzrə Məhkəmə prosesi yekunlaşıb.
Gundemxeber.org bildirir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Yasamal rayonunda "Bahadırın bankı" kimi tanınan qanunsuz maliyyə şəbəkəsi ifşa olunmuşdu. İstintaq materallarına əsasən, bu sistem vasitəsilə xarici ölkələrə qanunsuz olaraq ümumilikdə 254 milyon 409 min manat vəsait köçürülüb və təqsirləndirilən şəxslər bu əməliyyatlardan milyonlarla manat xidmət haqqı əldə ediblər.
Məhkəmənin çıxardığı son hökmə əsasən, Bahadır Qasımova 2 il 4 ay cəza kəsilib. Onun həbsdə keçirdiyi müddət nəzərə alınaraq məhkəmə zalındanca azadlığa buraxılmasına qərar verilib. Qardaşı İkram Qasımov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Cəzaların müddəti ilə yanaşı, prosesin ən diqqətçəkən məqamı təqsirləndirilən şəxslərin istintaq dövründə həbs qoyulmuş yarım milyard (500 milyon) manat dəyərindəki daşınmaz əmlakı və aktivləri ilə bağlı olub. Məhkəmə qərarı ilə həmin əmlakların üzərindən həbs götürülüb.
Məhkəmənin bu qərarı və verilən cəza müddətləri sosial şəbəkələrdə və mətbuatda böyük müzakirələrə yol açıb.
Gundemxeber.org
22-09-2026, 11:17
18-03-2019, 13:28
19-07-2018, 15:21
28-06-2018, 10:55
13-01-2018, 15:56
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?