GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Pediatr, yoxsa UZM mütəxəssisi? – Balakəndə “AyMED” ətrafında cavab gözləyən suallar…

Pediatr, yoxsa UZM mütəxəssisi? – Balakəndə “AyMED” ətrafında cavab gözləyən suallar…

Tarix: 23-09-2026, 20:49 Bölmə :Manşet Baxış: 74


Azərbaycanın hər bir bölgəsi bu Vətənin bir parçasıdır. Balakən də elə. 44 günlük Vətən müharibəsində bu torpağın oğulları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçdilər, sağlamlıqlarını itirdilər, şəhid oldular, qazi oldular. Onların anaları, bacıları, həyat yoldaşları, övladları isə bizim üçün adi vətəndaş deyil – baş tacımızdır.

Belə bir bölgədə səhiyyə məsələsinə münasibət də adi məsələ ola bilməz.Balakəndə fəaliyyət göstərən “AyMED” klinikası ilə bağlı “Aktualinfo.net” olaraq redaksiyamıza daxil olan məlumatlar isə bu baxımdan ciddi suallar doğurur.

Söhbət klinikanın rəhbəri Elşən Kərimov barədə yayılan məlumatlardan gedir.

Məlumatlara görə, Elşən Kərimov ixtisasca pediatrdır. Eyni zamanda onun dövlət tibb müəssisəsində – Balakən Rayon Xəstəxanasında “yarımştat həkim” kimi çalışdığı bildirilir. Bununla yanaşı, rəhbərlik etdiyi “AyMED” klinikasında UZM müayinələri apardığı, o cümlədən qadın pasiyentlərin süd vəzisi, qarın boşluğu və ginekoloji müayinələrində iştirak etdiyi iddia olunur.

Əgər bu məlumatlar doğrudursa, ortaya çox ciddi sual çıxır:

Pediatr ixtisası olan həkim hansı hüquqi və peşəkar əsasla ginekoloji UZM müayinəsi aparır?

Sualın mahiyyəti məhz budur.Burada məsələ kiminsə şəxsi fəaliyyətinə müdaxilə etmək deyil.Söhbət tibb sahəsində ən mühüm prinsiplərdən birindən – həkimin ixtisasına uyğun tibbi fəaliyyət göstərməsindən gedir.Azərbaycan qanunvericiliyində praktik tibb fəaliyyətinin ixtisasa uyğun həyata keçirilməsi nəzərdə tutulur. “Özəl tibb fəaliyyəti haqqında” qanunda da özəl tibbi praktikanın ixtisasa uyğun həyata keçirilməsi və praktik fəaliyyət göstərən şəxslər üçün müəyyən edilmiş tələblərə əməl olunması tələb edilir. Üstəlik, 2025-ci ildə qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra özəl tibb müəssisələrində praktik tibb fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası məsələsi daha da konkretləşdirilib. Qanunda sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmədiyi göstərilir.

O zaman suallarımız da konkret olmalıdır.

Elşən Kərimovun hansı ixtisas üzrə sertifikasiyası var?

Onun UZM fəaliyyəti üçün müvafiq ixtisası və peşə hazırlığı varmı?

Əgər varsa, bunu təsdiq edən sənəd mövcuddurmu?

Ginekoloji UZM müayinəsi aparmaq üçün hansı ixtisas və sertifikasiya tələb olunur və Elşən Kərimov həmin tələblərə cavab verirmi?

“AyMED” klinikasında göstərilən bu tibbi xidmətlərə hansı dövlət qurumu nəzarət edir?

Və ən əsası: bu fəaliyyət indiyədək aidiyyəti qurumlar tərəfindən yoxlanılıbmı?

Əgər yoxlanılıbsa, nəticəsi nə olub?

Əgər yoxlanılmayıbsa, niyə?

Məsələnin daha həssas tərəfi…

Burada bir məqamı xüsusi qeyd etmək lazımdır.

Qadın pasiyentin ginekoloji və ya süd vəzisi müayinəsi sadəcə tibbi prosedur deyil. Bu, həm də insanın şəxsi məxfiliyinə, ləyaqətinə və mənəvi rahatlığına maksimum həssaslıq tələb edən tibbi münasibətdir.

Həkimə müraciət edən insanın ilk gözləntisi peşəkarlıqdır. Pasiyent bilməlidir ki, onun qarşısındakı şəxs məhz həmin tibbi xidməti göstərmək üçün lazımi ixtisasa, hazırlığa və hüquqi səlahiyyətə malikdir.

İndi isə təsəvvür edin: bir bölgənin sakini, bəlkə də şəhid anası, şəhid bacısı, qazimizin ailə üzvü, ən həssas sağlamlıq problemi ilə bağlı həkimə müraciət edir.

O, qarşısındakı mütəxəssisə güvənir.Çünki həkim-pasiyent münasibətinin təməlində etibar dayanır.Bu etibarın sarsılması isə səhiyyə sisteminə vurulan ən ağır zərbələrdən biridir.

Ona görə də belə sualların cavabsız qalması cəmiyyətdə haqlı narahatlıq yarada bilər.

Biz heç kimin haqqında məhkəmə hökmü çıxarmırıq.Biz demirik ki, Elşən Kərimov qanun pozuntusuna yol verib.Biz sadəcə soruşuruq: əgər bütün bunlar qanunidirsə, bunu təsdiq edən sənədlər haradadır?

Əgər ixtisas və sertifikasiya tələbləri tam şəkildə yerinə yetirilirsə, aidiyyəti qurumlar bunu açıqlaya bilər.

Əgər hər şey qanunidirsə, niyə bu barədə ictimaiyyətə aydın məlumat verilmir?

Əgər qanun pozuntusu yoxdursa, sualların cavablandırılmasından kim çəkinir?

TƏBİB və Səhiyyə Nazirliyinə suallar…

Bu yazının əsas ünvanlarından biri məhz aidiyyəti dövlət qurumlarıdır.

TƏBİB-dən soruşuruq:

Elşən Kərimov Balakən Rayon Xəstəxanasında hansı vəzifədə və hansı iş qrafiki ilə çalışır?

Onun həmin müəssisədəki əmək fəaliyyəti ilə “AyMED” klinikasındakı fəaliyyəti arasında hər hansı uyğunsuzluq müəyyən edilibmi?

Səhiyyə Nazirliyindən soruşuruq:

Elşən Kərimovun ixtisası və sertifikasiya vəziyyəti özəl klinikada apardığı iddia olunan UZM müayinələrinə uyğundurmu?

“AyMED” klinikasında qadın pasiyentlərə süd vəzisi, qarın boşluğu və ginekoloji UZM xidmətlərinin göstərilməsi zamanı həmin xidmətləri həyata keçirən şəxslərin ixtisas və sertifikasiya sənədləri yoxlanılıbmı?

Əgər yoxlanılıbsa, nəticə necə olub?

Bu sualların cavabı cəmiyyət üçün vacibdir.Çünki səhiyyədə “mən belə edirəm” prinsipi ola bilməz.Burada insan həyatı var.Burada insan sağlamlığı var.Burada insanın ən şəxsi və həssas məkanı var.

Və burada dövlətin nəzarəti, həkimin peşə məsuliyyəti, klinikanın hüquqi öhdəliyi dayanır.

Bir klinikanın rəhbəri olmaq başqa,hər tibbi xidməti göstərmək bir başqa…

Özəl klinikanın rəhbəri olmaq insana avtomatik olaraq bütün tibbi ixtisaslar üzrə fəaliyyət göstərmək hüququ vermir.

Qanunvericilik tibbi fəaliyyəti ixtisas, sertifikasiya və digər peşə tələbləri ilə əlaqələndirir.

Ona görə də məsələni şəxsi müstəviyə çəkməyə ehtiyac yoxdur.Qoy sənədlər : sertifikat,ixtisas,lisenziya və icazələr danışsın.Aidiyyəti qurumların yoxlamaları danışsın.

Əgər hər şey qaydasındadırsa, bu, Elşən Kərimov və “AyMED” üçün də ən yaxşı cavabdır.Yox, əgər qaydalar pozulubsa, onda sual başqadır:

Bəs indiyədək niyə tədbir görülməyib?

Balakən sakini bu sualın cavabını bilməlidir.Çünki səhiyyədə nə vəzifə, nə klinikanın rəhbəri olmaq, nə də şəxsi nüfuz qanundan üstün ola bilməz.

Bu yazı kiminsə peşə fəaliyyətinə mane olmaq məqsədi daşımır. Əksinə, məqsəd sadədir: pasiyentin hüququ qorunsun, həkimin ixtisası aydın olsun, tibbi xidmət qanun çərçivəsində göstərilsin və dövlət nəzarəti öz işini görsün.

Şəhidlərimizin əmanət etdiyi bu torpaqda insan ləyaqətinə hörmət də, xəstə insanın hüququna hörmət də müqəddəs məsələdir.

Balakən camaatının da haqqı var soruşmağa:

Məni müayinə edən həkim həqiqətən həmin müayinəni aparmaq üçün lazımi ixtisasa və hüquqa malikdirmi?

Bu suala isə emosiyalar yox, sənədlər cavab verməlidir. “Aktualinfo.net” 

Gundemxeber.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın bu oğulları Qarabağ uğrunda döyüşlərdə şəhid oldular

    Azərbaycanın bu oğulları Qarabağ uğrunda ...

    3-04-2016, 00:21

  • 
  • Balakən sakinləri tibbi sığortadan yararlana bilmir: "AYMED" Klinikasında ödənişli xidmətlərə məcbur edilirlər -DE-FAKTO

    Balakən sakinləri tibbi sığortadan yararlana ...

    20-02-2025, 16:00

  • 
  • Evlərdən oğruluq edən şəxslər tutulub

    Evlərdən oğruluq edən şəxslər tutulub ...

    11-05-2016, 23:19

  • 
  • Balakəndə Heydər Əliyev və şəhidlərimizə böyük hörmətsizlik - FOTOFAKT

    Balakəndə Heydər Əliyev və şəhidlərimizə böyük ...

    10-08-2016, 22:35

  • 
  • Balakəndə rəzalət: 12 yaşlı qız anasının sevgilisindən hamilə qaldı - YENİLƏNİB

    Balakəndə rəzalət: 12 yaşlı qız anasının ...

    27-08-2017, 11:38


Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arxiv xəbərlər

Sentyabr 2026 (995)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu