Gundemxeber.az » Maqazin » İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI
“Time” jurnalı ilk dəfə incəsənət dünyasının ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb.
Gundemxeber.org xəbər verir ki, siyahıya rəssamlar, fotoqraflar, heykəltəraşlarla yanaşı, kuratorlar, xeyriyyəçilər və muzey rəhbərləri də daxil edilib.
Siyahı “Liderlər”, “Titanlar”, “İkonlar” və “İnnovatorlar” olmaqla dörd bölməyə ayrılıb.
“Liderlər” bölməsində fotoqraflar Tarin Saymon və Volfqanq Tillmans, rəssamlar Eymi Şerald və Kerri Ceyms Marşall, həmçinin performans sənətçisi Ann İmhof yer alıb.
“Titanlar” sırasında müğənni Alişa Keys və həyat yoldaşı, repçi Svizz Bitts, LVMH şirkətinin baş direktoru Bernar Arno, neokonseptualist rəssam Ceni Holzer, heykəltəraş Simona Li, süni intellektlə işləyən rəssam Refik Anadol və Los-Anceles İncəsənət Muzeyinin direktoru Maykl Qovan yer alıb.
“İkonalar” bölməsinə Benksi, Devid Hemmons, tekstil rəssamı Şeyla Hiks, xeyriyyəçi və MoMA-nın keçmiş sədri Ronald Lauder, keramika ustası Maqdalena Odundo və memar Anabel Selldorf daxil edilib.
“İnnovatorlar” kateqoriyasında isə Loren Holsi, Mauritsio Kattelan, Trevor Paqlen, Elison Luçs, Kristin San Kim, Lorens Abu Hamdan, Devon Rodriges, Tayler Mitçell və Daniell MakKinni qeyd olunub.
9-03-2014, 13:35
21-05-2021, 11:55
18-10-2019, 15:46
28-05-2013, 23:22
20-08-2026, 15:57
Sorğu
Yeni dizaynımız necədir?