Gundemxeber.az » Ölkə » Xınalıq yolunda sürüşmə oldu
Qubanın Xınalıq kəndinə gedən yolda sürüşmə olub, avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Gundemxeber.org Xəzər Tv-yə istinadən xəbər verir ki, sözügedən ərazidə yamacda baş vermiş sürüşmə nəticəsində təhlükəli vəziyyət yaranıb.
Yolda yaranmış vəziyyətlə bağlı Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, ərazidə hər iki istiqamət üzrə müvafiq xəbərdaredici və istiqamətləndirici yol nişanları quraşdırılıb, hərəkət iştirakçıları alternativ marşrut kimi Alpan-Susay-Xınalıq yolu istiqamətinə yönləndiriliblər. Görülən işlərlə bağlı yerli icra strukturları, bələdiyyə nümayəndələri və yol polisi əvvəlcədən məlumatlandırılıb.
4-12-2017, 17:47
14-07-2020, 12:44
19-09-2016, 12:13
8-10-2013, 12:30
25-11-2019, 11:22
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?