Gundemxeber.az » Ölkə » Yardımlıda açıq ərazidə yanğın oldu
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Gundemxeber.org xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 2 ha sahədə quru ot yanıb.
Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.
24-08-2026, 10:12
12-08-2026, 22:32
25-08-2026, 13:47
11-08-2026, 09:42
8-08-2026, 11:08
Sorğu
Yeni dizaynımız necədir?