Gundemxeber.az » Ölkə » Qazaxda açıq ərazidə yanğın oldu
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Aslanbəyli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Gundemxeber.org xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1 ha sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
24-08-2026, 10:12
12-08-2026, 22:32
11-08-2026, 09:42
19-09-2026, 07:11
25-08-2026, 13:47
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?