Gundemxeber.az » Ölkə » Anar Bayramov 16 illik direktoru işdən çıxardı
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə vəzifəsindən azad edilib.
Gundemxebertv.com Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı səhiyyə naziri Anar Bayramov əmr imzalayıb.
Hələlik mərkəzin rəhbərliyi baş direktorun müavini Elşad Elbaris oğlu Ömərova həvalə edilib.
Qeyd edək ki, 2010-cu ildə yaradılan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi 2025-ci ildə adını dəyişərək Rəqəmsal Səhiyyə Mərkəzi olub. Cəbrayıl Tofiq oğlu Əsədzadə qurum yaradıldığı vaxtdan ona rəhbərlik edirdi.
22-04-2026, 20:59
25-08-2026, 11:28
25-06-2026, 23:50
23-04-2021, 21:03
23-01-2024, 15:10
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?