GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakı dünya liderlərini qəbul edəcək: Azərbaycanın yeni diplomatik hədəfləri

Bakı dünya liderlərini qəbul edəcək: Azərbaycanın yeni diplomatik hədəfləri

Tarix: Bu gün, 10:23 Bölmə :Ölkə Baxış: 0


“Avropa Siyasi Birliyi”nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. 2028-ci ildə bu platformanın növbəti sammitinə Bakının ev sahibliyi etməsi isə ölkəmizin çoxtərəfli diplomatiyada artan rolunu və müxtəlif geosiyasi məkanlar arasında fəal dialoq qurmaq imkanlarını ön plana çıxarır.

Gundemxebertv.com xəbər verir ki, noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu sammiti Avropa qitəsinin dövlət və hökumət başçılarını ümumi siyasi və strateji məsələlərin müzakirəsi üçün bir araya gətirəcək. “Avropa - güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunan budəfəki sammitin gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı, əlçatan enerji, eləcə də demokratik Avropanın təhlükəsizliyi və müdafiəsi məsələləri yer alır. Builki Sammitdə 50-yə yaxın dövlət və hökumət başçısının iştirakı nəzərdə tutulur. Bu, Avropa ölkələrinin üzləşdiyi çağırışların geniş coğrafi müstəvidə müzakirəsi və ortaq maraqlar üzrə siyasi dialoqun davam etdirilməsi baxımından mühüm platforma deməkdir.

Azərbaycan üçün isə Dublin Sammitinin əhəmiyyəti təkcə tədbirin gündəliyi ilə məhdudlaşmır. Ölkəmiz “Avropa Siyasi Birliyi”nin əvvəlki görüşlərində də fəal iştirak edib, platforma çərçivəsində regional təhlükəsizlik, enerji və bağlantılar məsələlərinə dair mövqeyini irəli sürüb. 2028-ci ildə Sammitin Azərbaycanda keçirilməsi barədə qərar isə bu əməkdaşlığa yeni perspektiv əlavə edir.

“Avropa Siyasi Birliyi” nədir və Azərbaycan bu platformada niyə iştirak edir?

2022-ci ilin oktyabrında Praqada təsis edilən “Avropa Siyasi Birliyi” Avropa İttifaqına üzv olan və olmayan ölkələri ümumi siyasi və strateji məsələlər ətrafında birləşdirən qeyri-rəsmi hökumətlərarası dialoq platformasıdır. Onun əsas məqsədi siyasi məsləhətləşmələri genişləndirmək, ortaq çağırışlara münasibətdə əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyinə, sabitliyinə və rifahına töhfə verməkdir.

ASB-nin mahiyyətini müəyyən edən başlıca xüsusiyyət onun qeyri-rəsmi və məşvərətçi xarakter daşımasıdır. Platforma dövlət və hökumət başçılarına ortaq maraq doğuran məsələləri formal institusional prosedurların yaratdığı çərçivələrdən kənarda müzakirə etmək imkanı verir. Bu formatın səmərəliliyi yeni qərar qəbuletmə strukturu yaratmaqdan daha çox, mövcud beynəlxalq mexanizmlər arasında siyasi dialoqu və qarşılıqlı anlaşmanı gücləndirmək imkanları ilə bağlıdır.

Azərbaycanın ASB-yə münasibətində də bu məqam xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz Avropa məkanında açıq siyasi dialoqu və qarşılıqlı məsləhətləşmələri dəstəkləyir. Eyni zamanda, platformanın yeni beynəlxalq təşkilata çevrilməsinə və əlavə institusional strukturlar yaradılmasına ehtiyac olmadığı mövqeyindən çıxış edir. Bu yanaşma ASB-nin ilkin məqsədləri ilə bağlı mühüm prinsipial məsələ ilə üst-üstə düşür. Platformanın üstünlüyü onun çevikliyində, geniş təmsilçilik imkanlarında və müxtəlif siyasi mövqelərə malik ölkələri eyni müzakirə məkanında bir araya gətirməsindədir. Avropada artıq müxtəlif sahələr üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatların mövcudluğu şəraitində yeni institusional mexanizmlər yaratmaq əvəzinə, mövcud formatların potensialından səmərəli istifadə olunması xüsusi əhəmiyyət daşıyır.

Praqada keçirilən ilk Sammitdən başlayaraq platformanın gündəliyi enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, miqrasiya, nəqliyyat, innovasiya və müdafiə məsələlərini əhatə edib. Dublin Sammitinin gündəliyində də həmin istiqamətlərin bir-biri ilə qarşılıqlı əlaqəsi aydın görünür. Deməli, ASB-nin əsas funksiyası Avropanın üzləşdiyi mürəkkəb çağırışlara dair siyasi məsləhətləşmələri davam etdirmək və dövlətlər arasında dialoq üçün əlavə imkanlar yaratmaqdır. Azərbaycanın bu platformada iştirakı da məhz belə bir yanaşmanın tərkib hissəsidir. Ölkəmiz üçün ASB həm milli maraqların Avropa liderləri səviyyəsində təqdim olunması, həm də regional və qlobal məsələlər üzrə tərəfdaşlarla birbaşa təmasların inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycanın Avropa gündəliyində yeri: enerji, bağlantılar və etibarlı tərəfdaşlıq

Dublin Sammitinin əsas müzakirə istiqamətlərindən birinin rəqabətqabiliyyətli Avropanın qurulması olması təsadüfi deyil. Müasir dövrdə iqtisadi rəqabət qabiliyyəti texnoloji innovasiyalarla yanaşı, enerji resurslarının etibarlı təchizatından, nəqliyyat infrastrukturunun səmərəliliyindən və təchizat zəncirlərinin dayanıqlılığından da asılıdır. Son illərdə Avropa ölkələrinin Azərbaycana marağının artması, həmçinin Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzu, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal məsələlərin həllində rolunun genişlənməsi ilə bağlıdır. Bu maraq dövlət və hökumət başçılarının, Avropa İttifaqının yüksəkvəzifəli nümayəndələrinin Azərbaycana səfərlərində, Prezident İlham Əliyevlə görüşlərində və yeni əməkdaşlıq təşəbbüslərində özünü göstərir.

Diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin beynəlxalq platformalarda keçirdiyi bir sıra ikitərəfli görüşlərin qarşı tərəfin müraciəti və sorğusu əsasında təşkil edilməsidir. Davosda, Münxendə və digər platformalarda keçirilən görüşlər məhz bu qaydada baş tutması dövlətimizin başçısının şəxsi nüfuzunu, ölkəmizin artan gücünü və etibarlı dialoq tərəfdaşı kimi mühüm rolunu göstərən nümunələrdəndir.

Avropa İttifaqının yüksəkvəzifəli nümayəndələrinin Azərbaycana səfərləri də münasibətlərin dinamikasını əks etdirir. 2025-ci ildə Aİ-nin ali nümayəndəsi Kaya Kallas və genişlənmə üzrə komissarı Marta Kos Bakıda Prezident İlham Əliyevlə görüşüblər. 2026-cı ilin martında isə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen Azərbaycana səfər edərək dövlətimizin başçısı ilə danışıqlar aparıblar. Bütün bunlar Azərbaycanın Avropa üçün necə mühüm əhəmiyyət daşıdığını göstərən məqamlardır.

Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti, ilk növbədə, enerji təhlükəsizliyi ilə bağlıdır. 2022-ci ildə Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz tədarükü genişlənib. Təsadüfi deyil ki, bu gün Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə qaz ixrac edir və bu coğrafiya genişlənməkdədir.

Yaşıl enerji sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Xəzər dənizinin külək enerjisi potensialı, Günəş enerjisi layihələri, Mərkəzi Asiya ilə yaşıl enerji dəhlizləri və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Avropa bazarları ilə əlaqələrin genişləndirilməsinə xidmət edir. 2026-cı ilin martında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər iclaslarında 27 tərəfdaş hökumətin, 60 beynəlxalq təşkilat və şirkətin nümayəndələrinin iştirakı Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlıq platforması kimi rolunu göstərib.

Nəqliyyat və logistika sahəsində Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub marşrutları Azərbaycanın Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzi kimi əhəmiyyətini artırır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, dəmir yolu infrastrukturunun inkişafı və Naxçıvan dəmir yolu bağlantısı üzrə əməkdaşlıq Avropa ilə Mərkəzi Asiya arasında daşımaların genişləndirilməsi baxımından əhəmiyyətlidir. Avropa İttifaqının “Global Gateway” təşəbbüsü çərçivəsində Azərbaycanda səfərbər edilmiş investisiyaların həcminin 130 milyon avronu ötməsi də iqtisadi tərəfdaşlığın konkret nəticələrindəndir.

Beləliklə, Avropanın Azərbaycana marağı ayrı-ayrı diplomatik görüşlərlə məhdudlaşmır. Enerji təhlükəsizliyi, yaşıl keçid, nəqliyyat bağlantıları, investisiyalar və regional sabitlik bu marağın əsasını təşkil edir. Qarşı tərəfin təşəbbüsü ilə keçirilən yüksəksəviyyəli görüşlər, Avropa rəsmilərinin Bakıya səfərləri və birgə layihələr Azərbaycanın Avropa üçün etibarlı və strateji əhəmiyyətli tərəfdaş kimi rolunun genişləndiyini göstərir.

Orta Dəhliz - Avropa ilə Asiyanı birləşdirən strateji marşrut

Dublin Sammitinin gündəliyində bağlantıların yaxşılaşdırılmasının ayrıca yer tutması Azərbaycanın nəqliyyat-logistika potensialı baxımından da diqqətəlayiqdir. Qlobal ticarət marşrutlarının dəyişdiyi, təchizat zəncirlərinin dayanıqlılığının artan əhəmiyyət qazandığı bir şəraitdə alternativ nəqliyyat dəhlizlərinin inkişafı dövlətlərin iqtisadi və strateji prioritetlərindən birinə çevrilib. Azərbaycanın coğrafi mövqeyi, Xəzər dənizindəki liman infrastrukturu, dəmir və avtomobil yolları ölkəmizə Avropa ilə Asiya arasında tranzit əlaqələrinin inkişafında mühüm imkanlar yaradır. Orta Dəhliz isə bu imkanların reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Çindən və Mərkəzi Asiyadan Xəzər dənizi, Azərbaycan və Cənubi Qafqaz vasitəsilə Türkiyəyə və Avropaya uzanan bu marşrut beynəlxalq yükdaşımaların şaxələndirilməsinə xidmət edir. Onun potensialının tam reallaşdırılması üçün infrastrukturun genişləndirilməsi ilə yanaşı, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, gömrük sistemlərinin rəqəmsallaşdırılması, tariflərin rəqabətqabiliyyətli olması və müxtəlif nəqliyyat sistemləri arasında uzlaşmanın artırılması da vacibdir. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr ölkəmizin regional iqtisadi əlaqələrdə rolunu genişləndirir. Nəqliyyat bağlantılarının inkişafı, eyni zamanda, Avropa ilə Mərkəzi Asiya arasında ticarətin, investisiyaların və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün imkanlar yaradır. Enerji və nəqliyyat amillərinin bir araya gəlməsi Azərbaycanın Avropa ilə münasibətlərində uzunmüddətli strateji əməkdaşlıq üçün zəmin formalaşdırır. Dublin görüşünün gündəliyi də göstərir ki, Avropanın rəqabət qabiliyyətinin artırılması üçün enerji təhlükəsizliyi və bağlantıların inkişafı bir-birindən ayrı nəzərdən keçirilə bilməz.

Cənubi Qafqazda sülh üçün yeni imkanlar

“Avropa Siyasi Birliyi”nin gündəliyində təhlükəsizlik məsələləri xüsusi yer tutur. Ukrayna-Rusiya müharibəsinin davam etməsi, hibrid və kibertəhdidlər, mühüm infrastrukturun qorunması və demokratik institutların dayanıqlılığı Avropa ölkələrinin ortaq müzakirə mövzularıdır.

Azərbaycan üçün təhlükəsizlik gündəliyinin mühüm istiqamətlərindən biri Cənubi Qafqazda davamlı sülhün və regional əməkdaşlığın təmin edilməsidir. Regionda sabitliyin möhkəmlənməsi yalnız siyasi münasibətlərə deyil, həm də ticarət əlaqələrinə, nəqliyyat marşrutlarının inkişafına və investisiya mühitinə təsir göstərir.

Prezident İlham Əliyevin 2026-cı ilin mayında ASB-nin İrəvan Sammitində videobağlantı vasitəsilə etdiyi çıxış bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı Azərbaycanın sammitlərdən birinin ölkəmizdə keçirilməsi təşəbbüsünün qəbul olunduğunu bildirməklə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərində əldə olunmuş irəliləyişlərə və sülhün əhəmiyyətinə toxundu. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, davamlı sülhün möhkəmlənməsi əldə edilmiş razılaşmaların ardıcıl icrasını, qarşılıqlı etimadın gücləndirilməsini və praktiki əməkdaşlığın genişləndirilməsini tələb edir. Bu prosesin uğuru regionun beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrə inteqrasiyasına da müsbət təsir göstərə bilər. Cənubi Qafqazda sülhün möhkəmlənməsi Avropa ilə Asiya arasında bağlantıların inkişafı, regional ticarətin genişlənməsi və yeni iqtisadi layihələrin reallaşdırılması üçün əlverişli şərait yarada bilər.

Azərbaycan üçün regional sülh məsələsi yalnız siyasi münasibətlərin normallaşdırılması ilə məhdudlaşmır. Bu, həm də ölkəmizin nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq sahələrindəki strateji prioritetlərinin reallaşdırılması baxımından əhəmiyyətlidir.

Dublindən Bakıya: 2028-ci il Sammitinin siyasi əhəmiyyəti

Azərbaycanın 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Sammitinə ev sahibliyi etməsi ölkəmizin çoxtərəfli diplomatiyasında mühüm mərhələdir. Prezident İlham Əliyev 2026-cı il mayın 4-də İrəvanda keçirilən 8-ci Zirvə Görüşündə çıxışında Azərbaycanın namizədliyinin qəbul edildiyini və ölkəmizin 2028-ci ilin mayında ASB iştirakçılarını qəbul edəcəyini bildirdi. Dövlətimizin başçısının bu çıxışı “Avropa Siyasi Birliyi”nin fəaliyyətində ölkəmizin gələcək rolunu müəyyənləşdirən mühüm siyasi hadisədir. Sammitə ev sahibliyi etmək Azərbaycana yalnız genişmiqyaslı beynəlxalq tədbirin təşkili imkanını deyil, həm də Avropa ölkələri ilə siyasi dialoqun inkişaf etdirilməsi üçün əlavə platforma təqdim edir. Bakı görüşü dövlət və hökumət başçılarını, eləcə də Avropa institutlarının rəhbərlərini bir araya gətirərək ümumi siyasi məsələlərin müzakirəsinə, ikitərəfli təmasların genişləndirilməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaradacaq.

Dublin Sammiti bu baxımdan Azərbaycan üçün xüsusi hazırlıq mərhələsidir. Ölkəmiz 2028-ci ildə ev sahibi kimi platformanın gündəliyini, müzakirə mexanizmlərini və iştirakçıların ortaq prioritetlərini yaxından izləmək imkanı əldə edir. Bu təcrübə gələcək toplantının təşkilati və siyasi baxımdan səmərəli keçirilməsinə töhfə verəcək. Bununla yanaşı, Bakının Sammitə ev sahibliyi etməsi Azərbaycanın Avropa ilə münasibətlərində enerji və nəqliyyat məsələləri ilə yanaşı, daha geniş siyasi dialoqun da əhəmiyyətini artırır. Bu format ölkəmizə fərqli mövqelərə malik dövlətlər arasında ünsiyyətin təşviqi, ortaq maraqların müəyyənləşdirilməsi və praktiki əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradır.

Azərbaycan - müxtəlif siyasi məkanlar arasında dialoq körpüsü

Azərbaycanın beynəlxalq gündəliyi Avropa ilə münasibətlərdən daha geniş coğrafiyanı əhatə edir. Mərkəzi Asiya, MDB məkanı və İslam dünyası ilə əlaqələrin inkişafı ölkəmizin xarici siyasətinin digər mühüm istiqamətləridir. Son illərdə bu coğrafiyalarda əməkdaşlığın institusional əsaslarının genişləndirilməsi, Azərbaycanın beynəlxalq təşkilatlarda rəhbər mövqelərə gəlməsi və böyük tədbirlərə ev sahibliyi etməsi ölkəmizin diplomatik fəaliyyətinin miqyasını genişləndirir.

Bu nümunələrdən daha biri bu yaxınlarda - 2026-cı il oktyabrın 15-də Bakının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına ev sahibliyi etməsidir. Sammitdə üzv dövlətlərin dəstəyi ilə Azərbaycanın təşkilata sədrliyinin 2028-ci ilədək uzadılması ölkəmizin Asiya məkanında dialoq və etimad quruculuğuna verdiyi töhfənin göstəricisidir. Bu sədrliyin əhəmiyyəti yalnız siyasi təmsilçiliklə məhdudlaşmır. Nəqliyyat bağlantıları, rəqəmsallaşma, iqtisadi əməkdaşlıq, təhlükəsizlik və davamlı inkişaf kimi istiqamətlər Azərbaycanın Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi üçün əlavə imkanlar yaradır.

İslam dünyası ilə münasibətlərdə də qarşıdakı dövr mühüm hadisələrlə əlamətdar olacaq. Belə ki, 2027-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısının keçirilməsi və Azərbaycanın təşkilata sədrliyi ölkəmizə üzv dövlətlər arasında siyasi koordinasiyanın, iqtisadi və humanitar əməkdaşlığın inkişafına töhfə vermək imkanı yaradacaq. Bu, Azərbaycanın İslam dünyasındakı mövqeyinin və beynəlxalq təşəbbüslərdə iştirakının daha da genişlənməsi baxımından əhəmiyyətlidir.

Mərkəzi Asiya regionu Azərbaycanın xarici siyasətində getdikcə daha mühüm yer tutur. 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya dövlət başçılarının yeddinci Məşvərət Görüşündə Azərbaycanın platformaya tamhüquqlu iştirakçı statusunda qoşulması barədə qərar qəbul edilib. 2026-cı il oktyabrın 8-də Türkmənbaşıda keçirilən səkkizinci görüşdə isə ölkəmizin 2027-ci ildə platformaya ilk dəfə sədrlik edəcəyi açıqlanıb. Bu qərarlar Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi və nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Belə bir şəraitdə Azərbaycanın qarşısında daha geniş diplomatik perspektiv də açılır. 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin 12-ci Zirvə toplantısının Bakıda keçirilməsi barədə razılıq ölkəmizin Avropa siyasi dialoqunda artan iştirakının mühüm göstəricisidir. AQEM-ə sədrliyin davam etdirilməsi, İƏT-ə rəhbərlik və “Avropa Siyasi Birliyi”nin Sammitinə ev sahibliyi eyni dövrə təsadüf etməklə Azərbaycanın müxtəlif geosiyasi mərkəzlərlə əlaqələrini vahid diplomatik məkanda uzlaşdırmaq imkanlarını genişləndirir. Bu kontekstdə rəsmi Bakının beynəlxalq dialoq və vasitəçilik üçün “yeni Vyana” və ya “yeni Cenevrə” kimi tanınması perspektivi də diqqətəlayiqdir.

Dublin Sammitinin gündəliyi ilə Azərbaycanın beynəlxalq fəaliyyətinin kəsişdiyi məqam da məhz budur. Avropanın təhlükəsizlik, enerji təchizatı, iqtisadi rəqabətqabiliyyətliliyi və nəqliyyat bağlantıları ilə bağlı prioritetləri ölkəmizin xarici siyasətinin əsas istiqamətləri ilə bir sıra sahələrdə üst-üstə düşür. Cənub Qaz Dəhlizi, Orta Dəhliz, Xəzər üzərindən inkişaf etdirilən bağlantılar və Cənubi Qafqazda davamlı sülhün təmin olunması Avropa ilə əməkdaşlığın həm iqtisadi, həm də geosiyasi əsaslarını təşkil edir. Bakıda keçiriləcək “Avropa Siyasi Birliyi”nin Sammiti isə bu dialoqun daha geniş siyasi platformaya daşınmasına şərait yaradacaq.

Əslində, qarşıdakı illərdə Azərbaycanın diplomatik gündəliyini fərqləndirən əsas cəhət coğrafi istiqamətlərin çoxluğu deyil, onların vahid strateji xətt üzrə birləşdirilməsidir. Avropa ilə enerji və nəqliyyat tərəfdaşlığı, Asiya ilə etimad və bağlantıların gücləndirilməsi, İslam dünyası ilə siyasi koordinasiya, Mərkəzi Asiya ilə iqtisadi inteqrasiya ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolunu müxtəlif istiqamətlərdən tamamlayır. Dublindən Bakıya uzanan bu siyasi xətt Azərbaycanın yalnız regional proseslərin iştirakçısı deyil, müxtəlif geosiyasi məkanlar arasında dialoqun və əməkdaşlığın inkişafına töhfə verən tərəfdaş olmaq iddiasını ifadə edir.

AZƏRTAC

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Geosiyasi çəkişmələrin yeni qovşağında Azərbaycan: Prezident İlham Əliyevin Tirana Sammitində iştirakı və yeni dünya nizamına yanaşması

    Geosiyasi çəkişmələrin yeni qovşağında ...

    16-05-2025, 02:08

  • 
  • Bakıda növbəti Avropa-Azərbaycan Biznes Sammiti keçiriləcək

    Bakıda növbəti Avropa-Azərbaycan Biznes Sammiti ...

    28-03-2016, 19:42

  • 
  • Avropa Birliyi Azərbaycana 30 mln. avro ayırdı

    Avropa Birliyi Azərbaycana 30 mln. avro ayırdı ...

    6-11-2013, 23:00

  • 
  • Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib

    Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə ...

    5-07-2018, 13:40

  • 
  • İlham Əliyev: “Avropa İttifaqı ilə siyasi əlaqələr uğurla inkişaf edir”

    İlham Əliyev: “Avropa İttifaqı ilə siyasi ...

    7-11-2017, 14:37


Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

Noyabr 2026 (524)
Oktyabr 2026 (1018)
Sentyabr 2026 (1101)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu