Dünən Cəlilabadda zəlzələ baş verib. Bu haqda Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verib. Məlumata görə, zəlzələ yerli vaxtla saat 18:52-də Cəlilabaddan 23 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin hiss olunmadığı bildirilir. Zəlzələnin maqnitudası 3.6, dərinliyi isə 25 kilometr olub. Dünən Xəzərdə və Şamaxı rayonunda da hiss olunmayan zəlzələlər baş vermişdi.
Sorğu
Yeni dizaynımız necədir?