Gundemxeber.az » Ölkə » Cəmiyyət » UNEC-dən ərəb dünyasına növbəti addım: Mərakeşdə sərgi və məktəblərdə görüşlər
UNEC-in ərəb dünyası ilə əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti addım atılıb. Belə ki, bir müddət əvvəl UNEC rektoru, professor Ədalət Muradovun iştirak etdiyi The Higher Education (THE) Ərəb Universitetləri Sammitinə səfərinin davamı olaraq, universitet bu dəfə Mərakeşdə təşkil olunan “Gulf Education Exhibition 2026” beynəlxalq təhsil sərgisinə qatılıb.
Gundemxebertv.com xəbər verir ki, 12–13 noyabr tarixlərində Mərakeşin Rabat və Kasablanka şəhərlərində keçirilən bu nüfuzlu sərgidə Azərbaycan ali təhsil müəssisələri arasında yalnız UNEC iştirak edir.
Sərgidə universiteti Əcnəbi tələbələrlə iş şöbəsinin böyük mütəxəssisi Xanım Ağadadaşova və Xarici əlaqələr şöbəsinin mütəxəssisi Röya Allahverdiyeva təmsil edirlər.
Tədbirin ilk günündə Rabat şəhərində yerli təhsil müəssisələrinin nümayəndələri və məktəblilərlə görüşlər keçirilib. Sərgi boyunca UNEC-in stendinə çoxsaylı məktəblilər yaxınlaşaraq Azərbaycanda, xüsusilə də UNEC-də təhsil almaq imkanları, qəbul şərtləri və ingilisdilli proqramlarla yaxından maraqlanıblar. Abituriyentlər arasında daha çox maliyyə, biznesin idarə edilməsi və informasiya texnologiyaları (IT) ixtisaslarına, eləcə də ikili diplom və tələbə mübadiləsi proqramlarına üstünlük verilib.
UNEC nümayəndələri Rabat şəhərində yerləşən Zenith School və digər 3 məktəbə də səfər ediblər. Şagird və müəllimlər tərəfindən UNEC-in tədris imkanlarına böyük maraq göstərilib, universitetin beynəlxalq proqramları, tələbə həyatı şagirdlərin diqqətini çəkərək onların çoxsaylı sualları cavablandırılıb.
UNEC qarşıdakı dövrdə də ərəb ölkələri ilə əlaqələrin inkişafını beynəlmiləlləşmə siyasətinin mühüm istiqamətlərindən biri kimi davam etdirəcək.
11-10-2013, 12:59
3-11-2026, 14:36
11-11-2026, 13:44
5-10-2026, 18:03
20-10-2026, 10:40
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?